BİZNES

Ayaq altında gətirilən "Marlboro Gold Edge" paytaxta çata bilməyib
04 İYUN
942

Ayaq altında gətirilən "Marlboro Gold Edge" paytaxta çata bilməyib

2018-06-04 12:21:00

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "Mitsubishi Pajero io" markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı zamanı, avtomobilin yanacaq çəninin içərisində - hər birində 60 ədəd olmaqla 101 qutu pirotexniki vasitə, avtomobilin ayaqaltı rezinlərinin altında isə 1060 ədəd "Marlboro Gold Edge" adlı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256