BİZNES

OECD qlobal iqtisadi artımla bağlı proqnozunu dəyişib
30 MAY
260

OECD qlobal iqtisadi artımla bağlı proqnozunu dəyişib

2018-05-30 15:18:00

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu il dünya iqtisadiyyatının artımı ilə bağlı proqnozunu dəyişib. Fins.az-ın məlumatına görə, “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, qurum bu il dünyada iqtisadi artımın 3,8% təşkil edəcəyini proqnozlaşdırır. Bu ilin mart ayında açıqlanmış proqnozda sözügedən göstərici 3,9% idi. 

O cümlədən OECD avrozona üçün builki iqtisadi artım proqnozunu da 0,1 faiz bəndi azaldaraq 2,2%-ə endirib, gələnilki iqtisadi artım proznozunu isə 2,1% səviyyəsində saxlayıb.

ABŞ üçün iqtisadi artım proqnozu dəyişdirilməyib. EOCD bu il ABŞ iqtisadiyyatının 2,9%, gələn il isə 2,8% böyüyəcəyini proqnozlaşdırır. 

Xatırladaq ki, ötən il qlobal iqtisadi artım 3,7% təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259