BİZNES

Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq
03 MAY
213

Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq

2018-05-03 17:17:00

Prezident İlham Əliyev bu gün təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, yaxın 7 il ərzində Azərbaycan şərab ixracını 5 dəfə artırmalıdır.  Fins.az"Report"-a istinadən xəbər verir ki, proqram ölkədə şərabçılıq ənənələrinin bərpa olunmasını nəzərdə tutur.  Şşərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldilməli, şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdirilməli, şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənməli, şərabçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin və marketoloqların bilik və bacarıqları yüksəldilməli, şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqlənməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254