BİZNES

Bu bölgələrdə sahibkarlar üçün treninqlər keçirilib
30 APREL
144

Bu bölgələrdə sahibkarlar üçün treninqlər keçirilib

2018-04-30 10:43:00

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin regional nümayəndəliklərinin təşkilatçılığı ilə Gəncə, Şəki və Bərdədə gənclər və sahibkarlar üçün treninqlər keçirilib.

“Heyətin idarə edilməsi”, “Kurortların inkişaf perspektivləri”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “Sahibkarlıq fəaliyyətinin inkişafında elektron xidmətlərin rolu” və “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularını əhatə edən treninqlərdə kadr planlaşdırılması, heyətin motivasiyası və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, “Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, kurort infrastrukturunun inkişaf etdirilməsi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273