BİZNES

Azərbaycan “street-food”u işə başlayacaq
26 APREL
297

Azərbaycan “street-food”u işə başlayacaq

2018-04-26 13:39:00

Sahibkarlar Arif Vəliyev və Eynar İsmayılov Azərbaycan milli mətbəxinin təqdim ediləcəyi “Quzu” street-food restoranları şəbəkəsi layihəsini işə salmağa hazırlaşırlar. 2019-cu ilə qədər şəhərdə ümumi dəyəri təqribən 100 milyon rubl olan beş belə restoran açılacaq Delovoy Peterburq” saytına istinadla xəbər verir ki, həmin məbləğin təqribən 70 faizini Peterburq rantyelərinin birindən cəlb edilmiş sərmayələr təşkil edir.

E.İsmayılov deyib: “Peterburqda Avropa, İsrail, gürcü, “Myasoet” burgerxanası tipli türk “street-food”u Peterburqda geniş təqdim edilib, amma Azərbaycan “street-food”u yoxdur. Hazırda biznesmenlər Moskva rayonunda 170 kvadratmetr sahədə ilk restoranı açırlar. 52 yerlik restoran aprelin sonunda işə başlayacaq.

Street-food restoranlarının menyusuna ilk vaxtlar 30 çeşiddə yeməklər daxil ediləcək. Restoran sahibləri qonaqlara Azərbaycan kabablarının müxtəlif növlərini, dürməklər, buğlama və s. təklif edəcəklər. Sahibkarların sözlərinə görə, yeməklər bir balaca peterburqluların damaq dadına uyğunlaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277