BİZNES

Başlanğıcda tutuzdurmaq: Gələcək Facebook və Google startaplarını investorlar necə tanıya bilər?
23 APREL
281

Başlanğıcda tutuzdurmaq: Gələcək Facebook və Google startaplarını investorlar necə tanıya bilər?

2018-04-23 14:43:00

Birvaxtlar indiki internet nəhəngləri sadəcə startaplar idi və çox az insanlar bu şirkətlərin belə məşhur olacaqlarını düşünmürdülər.  Bəs necə oldu ki, investorlar anladıki, bu startaplara pul yatırmaq lazımdır?

İnvestorlar üçün ilk LinkExchange reklam platformasını hazırlayan Ali Partov, Y Combinator fondunun təşklil etdiyi mühazirədə gələcəyi uğurlu ola biləcək startapları tanımaq barədə öz bilgilərini bölüşüb. O Facebook, Dropbox və Uber kimi məşhur brednləri ilk başlanğıcda tanımaq üçün istifadə etdiyi metodlar barədə danışıb. Fins.az məşhur investorun fikirlərini təqdim edir.

Aktiv olun:  Ali Partov proqramçı olaraq işə başlayıb. Lakin həmişə özünün biznesi olmasını istəyib. O xəbər tutandaki, dostları yeni şirkət yaradır  onda o da internetdə  LinkExchange adlı məhsul yaradıb. Bu sistemdə ilk dəfə olaraq internet reklam və baner sistemi formalaşıb. Həmçinin yenilikdə CTR sistemi yaradılıb ki, bu sistem vasitəsilə banerə nə qədər klik olduğunu saymaq olur.

Startapları harada axtarmaq lazımdır? İlk olaraq “ağıllı başa”investisiya etmək lazımdır daha sonra ağıllı ideyaya.

Qaydaları pozun:Ali Portavi xatırlayır ki, hələ Mark Zukerberqlə görüşündə onun müəyyən xüsusiyyətlərinə görə, o Bill Geytsə oxşayırdı. Zukerberin ambisiyaları və özgüvəni investorları  bu yeniliyə daha da inamı artırdı. Bundan başqa başqa şirkətlərdə olduğu kimi deyil əksinə facebookda daha gənc 21 yaşında olan peşəkarlar işə cəlb olunurdular.

İnvestisiyanı birlikdə edin: Partovi  qardaşları hesab edir ki, erkən investisiyada yatırımı, başqa bir biznesmenlə birlikdə etmək lazımdır. Çünki siz investisiya edəcəyiniz şirkətin yaxşı tərəfini gördüyünüz halda kompanyonunuz mənfi tərəfləri görə bilər.

Təhsil barədə: ABŞ-da əksər uğurlu şirkətlər İT sahəsində peşəkar olan insanlar tərəfindən yaradılıb. Hətta biznesə DVD icarəsi ilə işə başlayan Netflix şirkətinin rəhbəri belə İT mütəxəssisi olub.

Bir az da sehir haqqında: Startapdan nə vaxt çıxmaq lazımdır?Bu suala cavab birinci toyuq yoxsa yumurta yaranıb sualı ilə eynidir. Tutalım ki siz erkən inkişafda yatırım etmisiz indi isə şirkətin gəlirləri birə on qat artıb. Bu zaman sual ortaya çıxır geri çəkilmək yoxsa şirkət bir az da böyüyə bilər? Partovi bu zaman yalnız investorun öz intuisiyasına arxalayanmalı olduqlarını bildirib.

Partovinin intuisiyası onu yanıtlmayıb. O hazırda Facebook ,  Dropbox, Airbnb, Uber  və s məşhur şirkətlərə hələ erkən inkişaf dövründə investisiya yatırıb.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259