BİZNES

Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib
12 APREL
260

Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib

2018-04-12 13:45:00

Maliyyə Nazirliyinin dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib. Nazirlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2016-cı il tarixli fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilib.

"Bu qaydaların 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər. Məlumat üçün bildiririk ki, növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək Agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq", - deyə məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276