BİZNES

“Doğan Media” satıldı
09 APREL
340

“Doğan Media” satıldı

2018-04-09 14:25:00
“Doğan Media” qrupun rəhbəri Aydın Doğan və qızları bu gün işçilərlə vidalaşıblar. Fins.az  xəbər verir ki, “Doğan” şirkətlər qrupundan verilən açıqlamaya əsasən, mətbuat sahəsindəki şirkətlər 916 milyon dollara “Demirören” qrupuna satılıb.

Ötən həftə “Doğan Media” və “Demirören” holdinq arasında satışla bağlı açıqlama verilmişdi.

Satılan Şirkətlər:

“Doğan Gazeteçilik Anonim Şirketi”ndəki səhmlərin hamısı 132 milyon dollara;

“Hürriyet Gazetecilik və Matbaacılık A.Ş”dəki səhmlərin hamısı 155 milyon dollara;

“Doğan TV Holding A.Ş”dəki səhmlərin hamısı 599 milyon 674.050.30 dollara;

“Doğan Haber Ajansı A.Ş”dəki səhmlərin hamısı 5 milyon dollara;

“Doğan Dağıtım Satış Pazarlama Matbaacılık Ödeme Aracılık ve Tahsilat Sistemleri A.Ş”dəki səhmlərin hamısı 7 milyon dollara;

“Doğan İnternet Yayıncılığı ve Yatırım A.Ş”dəki səhmlərin hamısı 12 milyon 751 min 210.73 dollara;

“Doğan Media İnternational GmbH”dakı səhmlərin hamısı 4 milyon 42 min dollara;

“Mozaik İletişim Hizmetleri A.Ş”dəki səhmlərin hamısı 532.734.87 dollara satılıb.

Aydın Doğan əvvəlcə “Posta”, “Fanatik” qəzetləri və Medyanet-in olduğu binaya gedib. İşçiləri ilə vidalaşıb və artıq yorulduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259