BİZNES

SOCAR bu ölkəyə sərmayə qoymaqda maraqlıdır
03 APREL
258

SOCAR bu ölkəyə sərmayə qoymaqda maraqlıdır

2018-04-03 20:08:00

 “SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsinin inkişafına investisiya qoymaq niyyətini təsdiq edib”.  Fins.az xəbər verir ki, bu barədə “Report”un Şərqi Avropa bürosu məlumat verir ki, bu fikirlər “SOCAR Balkan” törəmə şirkətinin icraçı direktoru Murad Heydərovla Bolqarıstanın energetika naziri Temenujka Petkova arasında Sofiyada keçirilən görüşdə səsləndirilib. Görüşdə, həmçinin qazpaylayıcı şəbəkənin lisenziyalaşdırılması, bu istiqamətdə normativ-hüquqi aktlar və eləcə də digər texniki məsələlər ətrafında müzakirələr aparılıb. Nazirliyin mütəxəssisləri tərəfindən “SOCAR Balkan” şirkətinin nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Energetika naziri  Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) icrası istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, layihə üçün dövlət satınalmaları vaxtında yerinə yetirilir: “Boru tədarükündə iştirak üçün 10 şirkət müraciət edib və podratçı seçiləcək. Layihənin icrası üçün səylə çalışırıq və interkonnektoru 2020-ci ilin sonunadək istismara vermək niyyətindəyik. Layihə hökümət proqramına daxil edilib və milli əhəmiyyətli layihə statusuna malikdir ", - deyə Petkova əlavə edib.

Öz növbəsində SOCAR prezidentinin müşaviri Bolqarıstan tərəfinə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin tikinitisi barədə məlumat verib. Nazir bildirib ki, işlər nəzərdə tutulan qrafikə uyğun davam etdirilir. “Ümid edirik ki, 2020-ci ildə Yunanıstan-Bolqarıstan qaz interkonnektoru istismara verildikdən sonra Azərbaycan qazı Avropaya nəql olunacaq”,- deyə M. Heydərov vurğulayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276