BİZNES

İstehlakçı rəğbətini necə qazanmaq olar?
28 MART
135

İstehlakçı rəğbətini necə qazanmaq olar?

2018-03-28 16:50:00

Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq subyekti üçün müsbət imic formalaşdırılması və istehlakçı rəğbətinin qazanılması həyati əhəmiyyətli məsələlərdəndir. Belə ki, istehsalçının perspektiv inkişafı məhz istehsal etdiyi malların böyük istehlakçı kütləsinin rəğbətini qazanmasından asılıdır. Hər hansı bir malın rəğbət qazanmasında isə onun keyfiyyəti ən önəmli amildir. Məhz istehsal etdiyi məhsulların keyfiyyətini daim yüksəldən istehsalçılar alıcıların rəğbətini qazanır və bu onların fəaliyyətində daha böyük uğurlar əldə etməsinə imkanlar yaradır.

Belə bir imicin formalaşdırılması üçün hər bir sahibkar malların istehsalı, qablaşdırılması, etiketlənməsi, daşınması, saxlanması və satışı mərhələlərində onların keyfiyyətinə və təhlükəsizliyinə olan texniki, sanitariya, ekoloji, baytarlıq və fitosanitar standartları, normaları və digər tələbləri təmin etməlidir. İstehsal müəssisələri müasir texnoloji avadanlıqlarla təchiz edilməli, ticarət obyektləri isə öz növbəsində malların lazımi şəraitdə saxlanmasını, satışa qoyulmasını və digər məsələləri sivil formada təmin etməlidir.

Məlum olduğu kimi, keyfiyyətli və təhlükəsiz mal istehsal edilməsi ilə bağlı qanunvericilikdə bir sıra tələblər mövcuddur. Belə ki, yeyinti məhsullarının standartların və digər normativ-texniki sənədlərin tələblərinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən sertifikatlaşdırılmalıdır. Mövcud qanunvericiliyə görə ölkədə istehsal edilən və respublikaya idxal olunan yeyinti məhsullarını uyğunluq və gigiyenik sertifikatı, heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsi, bitki mənşəli yeyinti məhsulları üçün isə fitosanitar sertifikatı müşayiət etməlidir. Dövlət gigiyena qeydiyyatına alınmamış, keyfiyyətinə və təhlükəsizliyinə dair daha əvvəl qeyd olunan sertifikatları, eləcə də malın mənşəyini təsdiq edən sənədləri olmayan, yararlılıq müddəti ötmüş malların qəbulu, saxlanması və satışı qadağandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276