BİZNES

Oqtay Əsədov: "İqtisadi islahatlar ötən il uğurla davam etdirilib"
16 MART
133

Oqtay Əsədov: "İqtisadi islahatlar ötən il uğurla davam etdirilib"

2018-03-16 12:27:00

“Azərbaycan xalqı 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitində yaşayıb”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib. Onun sözlərinə görə, ötən il həyata keçirilən iqtisadi islahatlar uğurla davam etdirilib.

“Bunun nəticəsində aparıcı beynəlxalq təşkilatlar, reytinq agentlikləri bu islahatları yüksək qiymətləndirilib. Neft strategiyası istiqamətində də uğurlu addımlar atılıb. Əsrin müqaviləsi 2050-ci ilə qədər uzadılıb. 2017-ci ildə qeyri-neft sektoru 2,7 faiz artıb, bu sektorun ÜDM-də çəkisi 63 faiz olub. Xarici ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldo əldə olunub. Ölkə iqtisadiyyatına 17 milyard manata yaxın investisiya yatırılıb”, - deyə O. Əsədov vurğulayıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273