BİZNES

“Bu oğurluğu etməsək, çətin inkişaf edə bilərik” – Elvira Rüstəmova
28 FEVRAL
2386

“Bu oğurluğu etməsək, çətin inkişaf edə bilərik” – Elvira Rüstəmova

2018-02-28 10:10:00

Azərbaycan bazarının mürəkkəb dövründə korporativ ERP həllərə güclü tələbatın formalaşdığı bir vaxtda biznes idarəetməsində ERP həllərin rolu ilə bağlı 15 illik inkişaf perspektivinə malik PRONET MMC-nin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elvira Rüstəmova ilə müsahibə apardıq.

Hazırda bazarda PRONET-in ERP həlləri üçün vəziyyət necə dəyişir?

  • PRONET Prospect ERP strategiyası Azərbaycan bazarında lap əvvəldən biznesin bütün sahələrini əhatə edən həlləri işləyib hazırlamağa yönəldilib. Qürurla qeyd edə bilərəm ki, şirkətimizin bütün sahələr üzrə hər növ biznes idarəetməsinin avtomatlaşdırılması istiqamətində və hətta istənilən iqtisadi vəziyyətə uyğun həlləri var. Bazar, prioritetlər və sifarişçilər dəyişirsə, əlbəttə PRONET Prospect ERP  də daha çox tələb olunan məhsullar siyahısını korrektə edir. Maraqlıdır ki, bu gün ölkəmizdə İT problematikası təkcə özəl sektorda deyil, həm də dövlət təşkilatlarında da xüsusi prioritetə sahib olmaqdadır. Əslində biz ötən illərdən dövlət və hakimiyyət orqanlarında da həllərimizi tətbiq etməyə başlamışıq. Amma hazırkı vəziyyətdən görünür ki, 2018-ci ildə bütün sektorlardan sifarişçilərimiz daha çox olacaq.

Son vaxtlar biznes sahəsində əsas nailiyyət adlandıra biləcəyiniz hansı mühüm məsələləri qeyd edə bilərsiz?

  • İnformasiya texnologiyalarının biznesdə tətbiqinin indi tam zamanıdır!

Pronet Prospect ERP 15 illik fəaliyyəti ərzində yaratdığı bütün həlləri zamanla bulud texnologiyaları üzərindən tətbiq etməyi planlaşdırır. Şirkətin top-menecerləri də əmindir ki, gələcəkdə bulud texnologiyası və müəssisənin güclərinin birləşməsi mükəmməl vahid idarəetmə sistemini yaradacaq. Bundan sonra sifarişçi idarəetmə həllərindən necə, nə vaxt, bulud üzərindən və ya korporativ mühitdə istifadə etmə seçimini özü edəcək. Hesab edirəm ki, bu, Azərbaycan bazarı üçün xüsusilə vacib məsələ olduğu kimi, həm də şirkətimiz adına böyük nailiyyətdir.

ERP həllərin bazarda inkişafı üçün başlıca əngəllər hansılardır? Ya sualımızı başqa cür qoysaq, hansı addımların atılması zəruridir ki, bazarın inkişafı daha sürətli olsun.

  • Ölkəmizdə avtomatlaşdırma sahəsində əsas maneələrdən biri  hazırda fəaliyyət göstərən kiçik İT şirkətləridir, hansı ki, vahid platfoormada təqdim edilmədən, bir-birinə inteqrasiya imkanı mümkünsüz və problemli olan proqramları ucuz qiymətə, qısa müddət ərzində ERP həllər adıyla müştərilərə tədqim edirlər. Təbii, sifarişçilərin məhdud büdcələri və ERP həllərin tətbiqi üçün tələb olunan vaxt onları aldanmağa məcbur edir.

  • Digər əngəl isə mental düşüncə tərzidir - deyərdim. Uzun illər ölkəmizdə xarici istehsalçıların hökmranlığı Azərbaycanda ERP həllərlə bağlı müəyyən etibarsızlıq yaratmışdır. Əlbəttə ki, bir çoxları xarici həllərin istifadəsinin onlara investisiyaların qorunması və xidmət göstərilməsi baxımından problemli ola biləcəyini anlayır, lakin xarici istehsalçının “daha mükəmməl” olması ideyasına cəmiyyətimizdə qarşı durmaq və etibarsızlığı qısa müddətdə aradan qaldırmaq çətindir. Hesab edirəm ki, qeyd etdiklərimi ictimaiyyətə kifayət qədər çatdırmamaq elə ən böyük problemlərdən biridir.

  • Odur ki, Azərbaycanda sahibkarlığın inkişafına dəstək üçün yaradılmış təşkilatlar və ya orqanlar mümkün qədər açıq olmalı, məhsulların tanıtım imkanlarını artırmalı və uğurlu biznes həllərini təbliğ etməlidirlər.

Xarici istehsalçılardan bəhs etdiz, bəs yerli məhsula üstünlük vermək üçün sifarişçilərə verəcək əsaslarınız varmı?

  • Əlbəttə, qeyd etdiyim kimi yerli həllərin ən böyük üstünlükləri: aşağı qiymət, sifarişçilərin spesifikasına, ölkə qanunlarına ən yaxşı uyğunlaşma və interfeys, lokal texniki dəstək və siyasi proseslərlə bağlı təhlükəsizlikdir.

  • Belə ki, yerli proqramlardan istifadə edən şirkətlər nəticədə, xarici istehlakçılardan fərqli olaraq daha aşağı qiymət təklifi, ölkə bazarında baş verən biznes proseslərə 100% uyğun və dəyişəbilən sistemə sahib olurlar.

  • Onu da deyim ki, heç bir sahibkar biznes-proseslərinin tamamilə asılı olduğu sistem üçün təklif olunan daimi texniki dəstək və yeniliklərdən imtina etmək istəməz. Çünki, biznes-proseslərin xarici istehlakçıların elə xarici bazara uyğun, bizim bazar üçün tam işlənməmiş həllərindən öncədən sığortalanması vacib məsələdir.

  • Və digər məsələ - inteqrasiya mümkünlüyüdür ki, PRONET Prospect ERP həlləri hazırlanarkən, öncədən başqa sistemlərə inteqrasiya imkanı nəzərdə tutulub, baxmayaraq ki, böyük xarici istehlakçılar digər proqramlardan və proqramlara inteqrasiyanı çətinləşdirirlər. Bütün bunlara görə də yerli proqram hər cəhətdən səmərəli olur.

Bizdə olan məlumata əsasən Azərbaycanda “İT bazarını köklü şəkildə dəyişəcək” bir məhsul üzərində işləyirsiniz. Bu haqda demək istədikləriniz varmı?

  • Bəli, çox böyük dəyişikliklər gözlənilir. Nəzərə alsaq ki, indi xüsusilə də kiçik və orta sahibkarlıq biznes idarəetməsi üçün ən optimal variantlar axtararaq yaxın illər ərzində xərclərini çox diqqətlə proqnozlaşdırırlar, bizim hazırkı həllərimiz isə iri sahibkarlıq üçün nəzərdə tutulduğundan çox zaman müştərilərimizin ehtiyaclarına cavab versə də, büdcə problemi onların istəklərini reallaşdırmağa mane olur, belə bir məhsulun yaranması olduqca vacib idi. Bu məsuliyyəti ölkəmizin ən qabaqcıl ERP qurucusu olaraq öz üzərimizdə hiss etdik və iqtisadi inkişaf paradiqmasını və sifarişçilərin həmişə olduğu kimi kapital xərcləri qiymətləndirməsini mütləq şəkildə nəzərə alaraq, büdcəli, səmərəli, innovativ olmaqla yanaşı, həm də istifadədə olduqca sadə olan “Prospect ERP" layihəsini hazırladıq. Məhz gənc və orta sahibkarlarığın inkişafına yönəlik olaraq hazırlanan, onlara uyğun bütün imkanları özündə cəmləşdirən  müxtəlif paketlər təklif etdik. Artıq əməkdaşların davamiyyətinin qeydə alınması, xərclərə nəzarət, məvaciblərin, bonus və cərimələrin hesablanması, satış məlumatlarının daxil edilməsi, tapşırıqların bölüşdürülməsi və bir sıra digər işləri hər bir sahibkar çox rahatlıqla reallaşdıra biləcək. Hətta bütün istifadəçilərə bu imkanları 14 günlük ödənişsiz istifadə müddəti ərzində sistemdən yararlanaraq, dəyərləndirmək şansı da verdik.

Artıq tam əminliklə deyə bilərik ki, ölkəmizin sahibkarlığının inkişafında mühim rol oynayırıq.

Başladığınız  “Prospect ERP" layihəniz uğurlu olsun! Uğur qazanmaq üçün vacib olan nədir?

  • Uğur qazanmaq üçün bir neçə vacib amil var, yetər ki, onlardan istifadə edəsən.

Bütün uğurların və nüfuzun arxasında gərgin iş həyatı, zəhmət və zəngin təcrübə dayanır, düşünməyin ki, hər istədiyimiz heç bir səy olmadan böyük pullar hesabına başa gələ bilər. Amma mənə görə ən vacib amil - zamandır. Mən zamanı insanlara verilən şans hesab edirəm. Texnologiya və ya proqram məhsulu da bu gün əmək məhsuldarlığını yaxşılaşdırmaq və biznes üçün xərcləri azaltmaq üsulu olmaqdan əlavə ən əsası sahibkarların daha çox zaman qazanmasına, bizneslərini inkişaf etdirmək üçün yeni ideyalar və düzgün qərarlar vermələrinə şans yaradır. Bir sözlə - Zamanı oğurlamağın zamanıdır!  Bu oğurluğu etməsək,  çətin inkişaf edə bilərik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255