BİZNES

Naxçıvanda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb
15 FEVRAL
349

Naxçıvanda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

2018-02-15 18:48:00

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Fins.az-ın məlumatına görə, Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258