BİZNES

Azərbaycan bu ölkə ilə əməkdaşlığı gücləndirəcək
13 FEVRAL
337

Azərbaycan bu ölkə ilə əməkdaşlığı gücləndirəcək

2018-02-13 15:38:00

"Çin Xalq Respublikasına səfərimizin 4 əsas məqsədi var idi. Bu, Trans-Xəzər ticarət dəhlizi, Azərbaycanın turizm və ixrac potensialının artırılması, Çinlə əməkdaşlığın gücləndirilməsidir". Fins.az"Report"-a istinadən  xəbər verir ki, bunu Çinə səfərinin yekunlarına həsr edilmiş bügünkü mətbuat konfransında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayevin sözlərinə görə, Trans-Xəzər ticarət dəhlizinin genişləndirilməsi üçün potensial mövcuddur: "Ötən il Azərbaycan vasitəsi ildə 10,4 mln. ton yük daşınıb ki, bu da 2016-cı illə müqaisədə 16% çoxdur. Ağır yük avtomobilləri ilə yük daşımaları isə 14% artıb. Trans-Xəzər layihəsi Çinin reallaşdırmaq istədiyi "Bir kəmər, bir yol" layihəsinə tam uyğundur. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 43% artaraq 1,2 mlrd. dollara çatıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260