BİZNES

Vanq Yanc Azərbaycana təşəkkürünü bildirib
06 FEVRAL
155

Vanq Yanc Azərbaycana təşəkkürünü bildirib

2018-02-06 18:07:00

Azərbaycan Çinin "Kəmər və Yol" təşəbbüsünü dəstəkləyir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Çinə səfəri çərçivəsində İpək Yolu Fondunun prezidenti Vanq Yanci ilə görüşündə deyib. Fins.az Azərtac-a istinadən xəbər verir ki,Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənədi xatırladaraq Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmiz Çinin "Kəmər və Yol" təşəbbüsünü dəstəkləyir və bu strategiya Transxəzər nəqliyyat dəhlizi ilə üst-üstə düşür. Şahin Mustafayev bu gün keçirilmiş "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq konfransın Transxəzər nəqliyyat dəhlizinin önəminin və üstünlüklərinin təbliği baxımından əhəmiyyətini qeyd edib.

İpək Yolu Fondunun prezidenti Vanq Yanci rəhbərlik etdiyi fondun fəaliyyəti barədə məlumat verib, qurumun infrastruktur, enerji və təbii ehtiyatlar, sənaye və maliyyə əməkdaşlığı sahələrinə investisiyalar yatırdığını vurğulayıb. Vanq Yanci Azərbaycana Çin ilə əlaqələrin inkişafına və "Kəmər və Yol" strategiyasının həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edib, ölkəmizin vacib tranzit ölkə olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301