BİZNES

Brendlərin tələffüzündə buraxılan səhvlər
07 DEKABR
131

Brendlərin tələffüzündə buraxılan səhvlər

2017-12-07 09:07:00

Nayki

Brendin adı əsasını qalibiyyət ilahəsi «Niki»in adından götürür və orijinalda «Nayki» deyə səslənir. ABŞ-da brendin adını məhz bu cür tələffüz edirlər. Lakin bir tərəfdən qeyd etdiyimiz faktların insanlara məlum olmaması, digər tərəfdən isə «nike» ingilis sözünün oxunma qaydasını bilməmələri səbəblərindən bütün Avropada brendin adı «nayk» deyə tələffüz olunur və bir sıra ölkələrdə şirkətin rəsmi təmsilçiləri də bu adla təqdim olunurlar.

Lamborgini

Bahalı idman avtomobillərin italiyalı istehalçısı «Lamborgini» deyə adlandırılır. İtaliya dilinin oxunma qaydalarına əsasən əgər «g» hərfindən sonra «h» hərfi gəlirsə «q» kimi tələffüz olunur. Lakin Avropanın bir çox ölkələrində brendin adı «Lamborcini» kimi tələffüz olunur. Hətta siz Google axtarış sisteminə Lamborcini deyə axtarış sorğusu etsəniz, məhz bu brend çıxacaq.
Hər hansısa bir insan italiyalılara müraciət edərək «Lamborcini» desə, onlar bunu böyük bir təhqir hesab edəcəklər.

Hyunday

Koreya dilindən tərcümədə «Hyundai» «müasirlik» deməkdir. Ruslar bu sözü «Xönde» kimi, bir sıra koreya avtomobil istehsalçıları isə «Xönday», «Xyunday» və hətta «Xunday» deyə tələffüz edirlər.

Porşe

Porşe sözünün tələffüzündə vurğu ilk hecaya düşür. Lakin bir sıra ölkələrdə vurğunun yeri səhv salınır.

Be- Em- Ve

BayerischeMotorenWerke adının qısaldılmış forması olan BMW abviaturasını bir sıra insanlar “Bi- Em- Dabl- Yu” kimi tələffüz etməyə təklif edirlər. Lakin “Be- Em- Ve” adlı alman avtomobil istehsalçısına müvafiq bir tələffüz formasıdır. Alman dilində brendin adına daxil olan hərflər məhz belə tələffüz səslənir: “W – Ve”.

Levis

Aparılmış tədqiqatlar bu sözün tələffüzünün iki variantının olduğunu və hər iki variantın düz olduğunu göstəriblər. Bəzi ingilis dilli ölkələrin sakinləri Livayz deyə tələffüz edirlər. Bunu onlar ingilis sözü «Levi» nin «Livay» kimi səsləndiyi ilə əlaqələndirirlər. Lakin ilk cinslərin yaradıcısının adı Levi Ştrauss olub və o, alman yəhudisi olub və anadan olan zaman ona Leob adı verilmişdi. 18 yaşında ikən Leob doğma Bavariya şəhərindən San-Fransiskoya köçür və asan tələffüz olunması üçün adını dəyişərək Levi edir. Və əgər ingilis dilinin qrammatikasına riayət etsək, «levis» tələffüz variantının daha düzgün olduğunu anlayacağıq.

Ziroks

Təəccüblü olsa da , «kseroks» deyil, «ziroks» tələffüz forması düzgündür. ABŞ-da sözlərin ilk «X» hərfi «Z» kimi tələffüz olunur. Lakin Azərbaycanda və bır sıra ölkələrdə ilk sürətçıxarma aparatlarının əmələ gəlməsindən etibarən bu cihazları kseroks deyə adlandırıblar. Və əgər siz kseroks əvəzinə ziroks desəniz, heç kəs sizi başa düşməyəcək.

Samson

Samsung sözü bir çox ölkələrdə «Samsunq» deyə səslənir. Lakin brendin düzgün tələffüz forması «Samson»dur. Qeyd edək ki, bu sözdə vurğu ilk hecaya düşür və tərcümədə «üç ulduz» deməkdir.

Mitsubisi

Yapon avtomobil istehsalçısı Mitsubishi brendi “Mitsubişi” kimi deyil, “Mitsubisi” kimi tələffüz olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287