BİZNES

“Gilan Holding”in stendi “RecExpo”da böyük maraq doğurub
05 DEKABR 2017
282

“Gilan Holding”in stendi “RecExpo”da böyük maraq doğurub

2017-12-05 12:23:00
“Gilan Holding” III Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) uğurla iştirak edib.
Holdinqdən verilən məlumata görə, 28-30 noyabr tarixlərində keçirilən sərgidə həm yerli, həm xarici ziyarətçilər “Gilan Holding”in stendinə böyük maraq göstəriblər. Sərgi iştirakçıları “Gilan Holding”in artıq həyata keçirdiyi, inşasını hələ davam etdirdiyi və reallaşdırmasını planlaşdırdığı daşınmaz əmlak layihələri ilə tanış olublar. Onların diqqətini, əsasən, “Crescent” və “Gilan Towers” layihələri cəlb edib. Sərgi iştirakçıları digər yaşayış komplekslərinə (“Mirvari Park”, “Premier Residence”, “Lökbatan Residence”) də aid suallar verib, “Gilan Holding”in mütəxəssislərinin köməyilə bütün lazımi məlumatları əldə ediblər. Azərbaycanın və regionun daşınmaz əmlak sektorunda ən mühüm tədbirlərdən biri olan “RecExpo”da yerli və xarici əmlak, tikinti və investisiya şirkətləri iştirak edirlər. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan sərmayələrin həcminin artırılmasıdır.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301