BİZNES

Avtomatlaşdırılmış sənəd dövriyyəsi Sizə nə verir?
13 NOYABR
191

Avtomatlaşdırılmış sənəd dövriyyəsi Sizə nə verir?

2017-11-13 10:00:00

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu dövriyyə prosesi real kağızlardan virtual avtomatlaşmış sistemə keçid alıb. Əgər əvvəl sənədlər poçt, faks və kuryer vasitəsi ilə əldən ələ ötürülürdüsə, indi sadəcə elektron poçt vasitəsi ilə göndərmək mümkündür. Belə zəncirvari bir sistemlə qurulmuş və eyni mərkəzdən bir çox kanallara çıxış imkanı verən prosesin bizə verdiyi ən böyük üstünlük isə böyük vaxt qazancı və peşəkar dəqiqlikdir.

Azərbaycan biznes bazarında müəssisədaxili bütün strukturların avtomatlaşdırılması üzrə ixtisaslaşmış və ilk milli ERP sisteminin təsisçisi olan Pronet-Prospect ERP şirkəti Sənəd Dövriyyəsi Sisteminin avtomatlaşdırılması üzrə proqram təminatı - “ProDOC” ilə demək olar ki, bir çox dövlət və özəl müəssisələrin seçimi olmuşdur. Çünki “ProDOC” elektron sənəd dövriyyəsinin səmərəli idarəetməsi sistemidir. Bu həll müəsissə və təşkilatlara daxil olan müxtəlif sənəd növlərinin sistemdə qeydiyyatının aparılması və onların aidiyyatı bölmələrə icraata göndərilməsini tam təhlükəsiz qaydada həyata keçirir.
“ProDOC" müəsissə və təşkilat daxilində istifadə olunan müxtəlif sənəd növlərinin dövriyyəsini avtomatlaşdırır və sənədlərin elektron tərtibatını və formasını, müvafiq şəxslər tərəfindən elektron təsdiqləmə və əməliyyatların tarixçəsini formalaşdırır.

Ümumiyyətlə sənəd dövriyyəsinin avtomatlaşdırılması sahibkara nə verir?
Bu sahədə önə çıxan ən vacib amillərdən biri – təhlükəsizlikdir ki, sənədlərin elektron qaydada ötürülməsi nəticəsində onların üçüncü şəxslərin əlinə keçməsi minimuma endirilir, bu da öz növbəsində korporativ cəsusluğun qarşısını almış olur.
Digər bir tərəfdən müştərilərlə yüksək səviyyəli və operativ yazışma aparmaq imkanı verir və beləliklə satış menecerlərinin işinin intensivliyinin artırılması və satışlara tam nəzarət etməsi üçün ideal şərait yaradır. Belə olan halda, müştərinin onunla danışıqlar aparan menecerə yox, şirkətə bağlılığın təminatı yaranır.
Rəhbərin sadəcə bir mərkəzdən idarəetmə prosesini həyata keçirərək, tapşırıqlar üçün əlavə vaxt iclaslar təşkil edib vaxt itirməməsi və müxtəlif səbəblərdən (üzrlü və üzrsüz) yerində olmayan işçilərin məsafədən idarəetmə prinsipiylə işləri ləngitmədən olduğu nöqtədən icrası və s. təmin edilir.
Sistemin işi bununla kifayətlənmir. İcraçıların hazırladığı sənədlər məsul şəxs tərəfindən yoxlanılır və elektron təstiqləmə əməliyyatı vasitəsilə onların göndərilməsinə razılıq verilir. Sənəd qediyyatdan keçirilir və onu hazırlayan icraçıların əməliyyat məlumatları arxivləşdirilir.
Hər bir daxil olan sənəd avtomatik şəkildə təyinatına uyğun olaraq təşkilat və müəssisədaxili məsul şəxslərə yönləndirilir. Məsul şəxslər sənədin elektron formada qəbulundan və icraya götürülməsindən sonra dərkənar şəklində digər şəsxlərə içraya göndərir.
Müxtəlif filtrlər vasitəsilə daxil olan subyekt/sənəd/məktubların statusu, məsul şəxs, icraçı və s. kriteriyalar üzrə çeşidləmə aparılır.
XXI əsr mühitinə biznes sahəsində deyilən ikinci bir adlandırma olan AİS-ə daxil olan Sənədlərin avtomatlaşdırılması prosesi günü gündən hər bir sahibkar, biznesmen və sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üçün prioritetə çevrilir.
Müəssisə daxilində avtomatlaşdırma proesesi tək sənədlərin avtomatlaşdırılması ilə yekunlaşmır. Bu vəhdətin hər bir komponentinə ayrı-ayrılıqda hakim olan Pronet-Proespect ERP şirkəti sizə təklif etdiyi “ProDOC” həlli ilə sənəd dövriyyənizi sistem şəklində sizin barmaq uclarınızda yığaraq, gözlə görüləcək dərəcədə sadələşdirəcək.

Tel:+99412 3102121
+9947727724477
Sayt:www.prospect.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289