BİZNES

Azərbaycan bu ölkə ilə birgə fermer təsərrüfatları yarada bilər
31 OKTYABR
325

Azərbaycan bu ölkə ilə birgə fermer təsərrüfatları yarada bilər

2017-10-31 17:50:00

İran ilə Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün birgə müəssisələr yarada bilərlər. Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian “İran Daily” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, bu məsələni Bakıda səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə müzakirə edib. İran Azərbaycanda torpaq sahəsi icarəyə götürərək kənd təsərrüfatı məhsulları istehsal etməyi planlaşdırır. İstehsal olunan məhsul həm daxili bazara çıxarılar həm də xaricı ixrac olunar.

M. Kərasian bildirib ki, İranın bu sahədə böyük təcrübəsi var. Hazırda İran fermerləri Ukrayna, Qazaxıstan, Braziliya və Cənubi Afrika Respublikasında torpaq icarəyə götürüb məhsul istehsal edirlər.

Nazir nəzərə çatdırıb ki, İran təkcə cari ildə ABŞ-a 5,686 milyard dollar dəyərində 5,8 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287