BİZNES

Səfir: "Azərbaycan qazı İtaliya ərazisindən keçməklə Avropaya vaxtında çatdırılacaq"
06 OKTYABR
212

Səfir: "Azərbaycan qazı İtaliya ərazisindən keçməklə Avropaya vaxtında çatdırılacaq"

2017-10-06 19:03:00

"Azərbaycan qazının İtaliyadan keçməklə Avropaya nəqli edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi vaxtında yekunlaşdırılacaq". Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Onun sözlərinə görə, İtaliyada TAP-ın zeytun bağlarından keçməsi ilə bağlı müəyyən problem yaranmışdı: "Layihənin payızda həyata keçirilməsi ilə bağlı bəzi problemlərimiz var idi. Artıq həmin problemlər həll edilib, hər şey qaydasındadır. TAP vaxtında yekunlaşdırılacaq və Azərbaycan qazı İtaliya ərazisindən kecərək Avropaya vaxtında çatdırılacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296