BİZNES

Azərbaycan şirkətinə 500 milyon dollar kredit ayırılacaq
04 AVQUST
563

Azərbaycan şirkətinə 500 milyon dollar kredit ayırılacaq

2017-08-04 14:27:00

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, AYİB), Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsində istifadə edilmək üçün, Azərbaycana məxsus "Cənub Qaz Dəhlizi" şirkətinə  500 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, 18 Oktyabrda keçiriləcək idarə heyətinin toplantısında kreditin təsdiq olunması gözlənilir.

Açıqlamada, ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon dollarlıq və Asiya İnkişaf Bankının da 600 milyon dollarlıq kredit ayırmağı təsdiq etdiyi xatırladılıb.

Avropa İnvestisiya Bankının da TANAP üçün kredit təmin etməyi düşündüyü bildirilən açıqlamada, layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287