BİZNES

Akkord korporasiyasının iki şirkəti birləşib
03 AVQUST
185

Akkord korporasiyasının iki şirkəti birləşib

2017-08-03 10:44:00

 "HGC Group" MMC avqustun 2-də "Akkord SDİ şirkətlər qrupu" MMC-nin ona birləşdiriyini elan edib. Hər iki şirkət Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyasının törəmə strukturudur.

"HGC Group" MMC Akkord korporasiyasının Qazax Sement zavodunun sahibidir. 2016-cı ildə Gürcüstan bazarında işləyən bir alman şirkəti bu şirkətin kapitalına daxil olub.

"HGC Group" MMC-nin nizamnamə kapitalı 800 milyon manatdır. Bu, Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyasının ödənilmiş səhmdar kapitalından 10,8 dəfə çoxdur.

Dünən "Vergilər" qəzetində bildirilib ki, “HGC Group” MMC “Akkord SDİ Şirkətlər Qrupu” MMC-nin fəaliyyətinə xitam verərək ona qoşulması nəticəsində yenidən təşkil olunmasını elan edib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288