BİZNES

Azərbaycanda Mebel Sənayeçiləri Assosiasiyası yaradılır
07 İYUL
276

Azərbaycanda Mebel Sənayeçiləri Assosiasiyası yaradılır

2017-07-07 16:18:00

Azərbaycanda mebel sənayesini inkişaf etdirmək üçün Mebel Sənayeçiləri Assosiasiyası yaradılır.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən "Assosiasiyaların rolunun artırılması: Azərbaycan-Türkiyə təcrübə mübadiləsi" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, assosiasiyanın yaradılması bu sahənin gələcək inkişafına ciddi təkan verəcək: "Hazırda assosiasiyanın hüquqi qeydiyyatı ilə bağlı tədbirlər həyata keçirilir".

Assosiasiyaya yerli mebel istehsalçısı olan şirkət sədrlik edəcək.

N. Səfərov qeyd edib ki, yeni yaradılan assosiasiya gələcəkdə Türkiyə Mebel Sənayeçiləri Assosiasiyası ilə anlaşma memorandumu imzalayacaq: "Mebelin ixrac potensialının yaradılması həm Azərbaycan, həm də Türkiyə üçün önəmlidir. Bu bazar rəqabətli bazardır. Qeyd edilən sahənin inkişafı üçün ciddi səylər göstərilir. Müstəqillik dövrümüzdə iqtisadiyyatın təşkil olunması, bazar iqtisadiyyatının formalaşması üçün ciddi işlər görülüb. Digər sahələr kimi mebel sahəsi də bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir".

O əlavə edib ki, mebel sənayeçilərinin səyi, əlverişli biznes mühiti nəticəsində mebel istehsalının həcmi ilbəil artır: "Düşünürük ki, bu tendensiya davamlıdır. Çünki Azərbaycanda bu sahədə ixtisaslaşan müəssisələr formalaşıb. Deməli, bu sahə də özünü iqtisadi fəaliyyət sahəsi kimi təsdiq edib. Həmçinin Azərbaycanda mebel sənayesi üçün dəstək mexanizmləri var".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288