BİZNES

Azərbaycan Rusiyaya ən çox alma satan ölkələr sırasındadır
14 İYUN
367

Azərbaycan Rusiyaya ən çox alma satan ölkələr sırasındadır

2017-06-14 11:48:00

Rusiya 2014-cü ildən qüvvədə olan embarqoya baxmayaraq, dünyada ən iri alma idxalçısı olaraq qalır. Belə ki, 2016/17-ci il mövsümündə (iyul-iyun) ölkəyə alma idxalı 670 min ton təşkil edəcək. Bu, ötən illə müqayisədə 72 min ton (10%) azdır. Belarusdan tədarükün azalması, Azərbaycan, Moldova və Serbiyadan isə artması fonunda idxal azalmaqda davam edəcək.

Bir il öncə olduğu kimi, idxalın həcminə görə ikinci yeri Belarus (600 min ton), üçüncü isə Avropa İttifaqı (430 min ton) qoruyub saxlayır.

Rusiyanın özündə alma istehsalı 2016-cı ildə 1,33 mln. ton olub. Bu rəqəm 2015-ci ilin göstəricisindən 24 min ton çoxdur. Təzə alma istehlakı bu mövsüm 67 min ton azalacağı, lakin istehsalın əvvəlkitək (1,57 mln. ton) çox olacağı gözlənilir. Daha 348 min ton alma isə emala göndəriləcək.

Bütövlükdə, 2016/17-ci il mövsümündə dünya alma istehlakının 728 min ton artaraq 77,2 mln. tona çatacağı gözlənilir. Bu proqnoz ilk növbədə Çin hesabına artırılıb. Alma istehsalı üzrə dünya lideri olan Çində istehsal son 5 ildə sabit dərəcə artır və cari mövsümdə 43,5 mln. ton (ötən kənd təsərrüfatı ilindən 900 min ton çox) təşkil edib.

Proqnozlara görə, alma üzrə dünya ticarətinin həcmi Avropa İttifaqı və İrandan tədarükün azalması səbəbindən 3% - 6,17 mln. tonadək azalacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296