BİZNES

Lənkəranı dünyaya tanıdan parfüm – ARTIQ AZƏRBAYCANDA - QİYMƏT
22 NOYABR
4481

Lənkəranı dünyaya tanıdan parfüm – ARTIQ AZƏRBAYCANDA - QİYMƏT

2016-11-22 20:30:00

Məşhur italiyalı ətriyyatçı Maria Candida Gentile 2009-cu ildən öz adının altında italyan selektiv parfüm markası yaradıb. Onun ətirləri dünyanın 12 ölkəsində satışdadır.

Fins.az-ın verdiyi məlumata görə, 2015-ci ildə Maria Candida Azərbaycana dəvət alıb. Belə ki, ətriyyatçı Lənkəranda səyahətdə olarkən oranın təbiətinə aşiq olub.  

Yarım subtropik iqlim, çay, sitrus plantasiyaları, dəmirağacdan ilham alaraq bədənin adrenalini artıracaq "Lankaran Forest" parfümünü yaradıb. 

Ətrin kütləvi nümayişi Buta İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II Buta Azərbaycan İncəsənəti Festivalında baş tutub. 

Parfüm ətir konsentrasiyasında və Limited "Lalique" lüks firmasının qablaşmasında 1000 funt dəyərində (2200 manat) satılır. Amma çoxlarının marağında olan ətri uzun müddətdir yalnız Maria Candia Gentile saytının rəsmi səhifəsinə daxil olaraq məsul şəxslərlə əlaqə saxlayaraq sifariş etmək olardı. 

Bu keşməkeşli yollar onun populyarlaşmağına mane olurdu. Lakin bu ilin payız aylarından bu ətrin sifarişi daha rahat oldu. Lankaran Forest İnstagram səhifəsində bu ətri sifariş etmək olar, hətta daha ekonom qablaşmada. Qeyd edək ki, parfümün mini-flakonu (travel-size 15 ml.) 142 manatdır. Öncədən sifariş 99 manat təşkil edir.

Klassik flakonun (100 ml) qiyməti 420 manatdır, öncədən sifariş 342 manat təşkil edir.

Səhifənin administratorunun rəsmi mağazanın ərsəyə gəlməsi sualına cavabı: "Satış hələ ki online həyata keçirilir" oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275