BİZNES

Amerikan iş adamlarından Azərbaycan hökumətinə təkliflər – «YAXŞI OLARDI Kİ…»
15 NOYABR
423

Amerikan iş adamlarından Azərbaycan hökumətinə təkliflər – «YAXŞI OLARDI Kİ…»

2016-11-15 14:56:00

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənədin (“Ağ sənəd”) altıncı nəşrini hazırlayıb. Palatadan fins.az-a verilən məlumata görə, həmin sənəd Azərbaycan iqtisadiyyatının inkişafı üçün müxtəlif sahələrə dəstək məqsədilə “AmCham” tərəfindən iki ildən bir tərtib edilərək ölkə rəhbərliyinə təqdim edilir.  

Fins.az-ın məlumatına görə, “Ağ sənəd”in bu dəfəki versiyası bir neçə dəfə təkmilləşdirilib. Belə ki, Palata qrafikə uyğun olaraq bu ilki sənədin yeni variantını hazırlasa da, sonradan burada qaldırılan bəzi məsələər hökumət ərəfindən aparılan islahatlarda həllini tapıb. Bundan başqa, aprelin 12-də Palata üzvlərinin prezident İlham  Əliyevlə görüşündən və dövlət başçısının dəstəyindən sonra həmin təkliflərin daha da dərinləşdirilməsi qərara alınıb. Ona görə də, “Ağ sənəd” həmişə olduğu kimi, aprel-may aylarında deyil, noyar ayında hazır olaraq açıqlanıb.

Ağ Sənəd iki hissədən ibarətdir – bizim ən vacib hesab etdiyimiz və Azərbaycana ən böyük təsir edəcək məsələləri əhatə edən Qısa Xülasə və daha təfərrüatlı olan konkret məsələləri, əlavə tövsiyə və təklifləri ehtiva edən ikinci bölmə.

Amerikmn işi adamlarının hökumətə tövsiyyələri bunlardır: 

1. Hökumətin atdığı əsas addımların istiqamətini, prioritetlərini və məqsədini izah edən daha güclü kommunikasiyanın olması biznes icması üçün çox faydalı olardı.

2. Biz həmçinin hesab edirik ki, biznes icmasının ümumi qanunvericilik prosesində daha fəal və erkən iştirakı ölkə üçün əhəmiyyətli dərəcədə faydalı olardı.

3. Azərbaycanda iqtisadiyyatın daha da şaxələndirilməsi ölkənin inkişafı və sabitliyi üçün həlledici əhəmiyyətə malikdir.

4. İndiki mühitdə, “Manat-əsaslı maliyyələşdirmənin” mövcud olması gələcəkdə biznesə investisiyanın yatırılmasının əsasını təşkil edəcəkdir.

5. İqtisadiyyatın uzunmüddətli inkişafı üçün, Azərbaycanda etibarlı kredit bürosunun və borcların toplanması üzrə təkmilləşdirilmiş mexanizmin olmasına ehtiyac var.

6. İqtisadiyyata həm xarici, həm də yerli investisiya yatırımını artırmaq üçün ölkədə məhkəmə sisteminin şəffaflığının artırılmasına ehtiyac duyulur. 

7. Xarici investisiyaların artırılması üçün Azərbaycan daha güclü stimullar və yatırılan investisiyaların qorunması üçün daha münbit investisiya mühiti və şərtləri təmin etməlidir. 

8. İqtisadiyyatın uzunmüddətli inkişafı üçün, ölkədə ali təhsil keyfiyyətinin artırılması və təhsilin yerli məşğulluq qurumları ilə əlaqəsinin gücləndirilməsini davam etdirmək lazımdır.

9. Sahibkarlıq subyektləri arasında bərabərliyi və istehlakçıların məmnuniyyətini təmin etmək məqsədilə idxal inhisarçılığını aradan qaldırmaq və bazarda dominantlıq edən şəxslərin fəaliyyətinə məhdudiyyət qoymaq lazımdır. 

10. Beynəlxalq təcrübəni mənimsəyərək, Azərbaycanda nazirliklərin, tənzimləyici orqanların və dövlətə məxsus şirkətlərin səlahiyyətlərinin biri-birindən ayrılmasını təmin etmək lazımdır.

11. Biz özəl sektorun ehtiyaclarını ödəyəcək e-hökumətvə ASAN xidmətlərin genişləndirilməsini dəstəkləyirik. 

12. Biznes subyektləri işçilərin işə qəbulu və işdən azad edilməsi qaydalarının liberallaşdırılmasından faydalanacaqlar.

13. Həmçinin iş üçün icazə və müvəqqəti yaşamaq üçün icazə proseslərinin sadələşdirilməsi və liberallaşması biznes subyektləri üçün əhəmiyyətli dərəcədə faydalı olacaqdır.

14. İqtisadiyyatın kənd təsərrüfatı seqmentinin inkişafı üçün ölkədə etibarlı sığorta mexanizminin olmasına ehtiyac var.

15. Azərbaycanda turizm sahəsinin genişləndirilməsi üçün turizm strategiyasının işlənib hazırlanması, turist məkanlarının geniş- ləndirilməsivə turist vizalarının verilməsi prosesinin daha da sadələşdirilməsi lazımdır.

16. Ölkə Bazel II maliyyə standartlarını həyata keçirməlidir.

17. İstehlakçılar və istehsalçı şirkətlər kontrafakt məhsulların satışını təşkil edən satıcılara qarşı daha yaxşı müdafiə olunmalıdır.

Qeyd edək ki, Azərbaycanda 20 il bundan əvvəl təsis edilmiş Amerika Ticarət Palatası (AmCham) bugün 288 şirkəti təmsil edən ictimai təşkilatdır. Ölkəyə yatırılan xarici investisiyaların 80%-ni təmsil edən Palataya iri və kiçik, transmilli və yerli, dövlət və özəl şirkətlər üzvdürlər.

Sənəd müəllifləri qeyd edir ki, «AmChamın» əsas missiyası biznesin inkişafına və iqtisadi artıma xidmət edəcək daha təkmil kommunikasiya və qanunvericiliyi dəstəkləməkdir: «Hesab edirik ki, hökumət bu Ağ Sənəddə təqdim olunan təşəbbüslərin həyata keçirilməsində maraqlı olduğu təqdirdə, AmCham bu prosesə öz töhvəsini verə bilər».

AmCham ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələri yaxından izləyir və böyük rəğbətlə qarşılayır. Bu layihələr çərçivəsində qeyri-neft sektorunun inkişafı və inhisarçılığın aradan qaldırılması istiqamətində əlavə tədbirlərin görülməsi, rəqabətin məhdudlaşdırılmasına qarşı cəzaların sərtləşdirilməsi alqışa layiqdir: «İnanırıq ki, qeyd edilən bu kompleks tədbirlər davamlı xarakter daşıyacaqdır. Üzvlüyümüzün əhatəsini nəzərə alaraq, Palatamızın dialoqun aparılması üçün əla platforma olduğunu hesab edirik».

Bundan əlavə, qurumun açıqlamasına görə, «Amcham» Amerika Ticarət Palataları Assosiasiyası vasitəsilə dünya miqyaslı qabaqcıl təcrübələrə və problemlərin həll yollarına çıxışa malikdir. Təşkilat olaraq, biz ölkənin inkişafı üçün istər icra, istərsə də qanunvericilik səylərinə yardım etməyə hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272