BİZNES

Rusiya Azərbaycandan hansı məhsulları almaq istəyir? -SİYAHI
02 NOYABR
684

Rusiya Azərbaycandan hansı məhsulları almaq istəyir? -SİYAHI

2016-11-02 17:54:00

Rusiya Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlıdır. Kənd Təsərrüfatı Nazirliyindən fins.az-a verilən xəbərə görə, bunu  kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevlə görüşdə  Rusiya Federasiyasının Şimali Qafqaz üzrə nazirinin müşaviri Stanislav Aristov bəyan edib.

Bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan təmiz olduğunu nəzərə alaraq, ixracyönümlü məhsulların Şimali Qafqaz və Rusiya Federasiyasına çıxarılmasında “yaşıl dəhliz”in yaradılmasından məmnundur.

"Rusiya Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlıdır. Bununla bağlı təkliflərini qısa müddətdə təkliflər paketini Kənd Təsərrüfatı Nazirliyinə təqdim edəcəyik".

Görüşdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Rusiya Federasiyasının Şimali Qafqaz regionu ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275