BİZNES

Samuel Walton: Wal-Mart yaradıcısından biznesin uğurlu idarə edilməsi sirləri
20 OKTYABR
186

Samuel Walton: Wal-Mart yaradıcısından biznesin uğurlu idarə edilməsi sirləri

2016-10-20 10:39:00

Öz biznesinizə inanın, ona hər kəsdən daha çox inanın. Mənə elə gəlirki, işimə qarşı duyduğum şiddətli ehtiras sayəsində şəxsi çatışmazlıqlarımın öhdəsindən gələ bilmişəm. Bilmirəm, siz də həmçinin eyni ehtiras hissi ilə doğulmusunuz ya yox, yaxud bunu öyrənə bilərsiniz ya yox. Lakin bilirəm ki, bu sizin üçün mütləqdir. Əgər öz işinizi sevirsinizsə onu daha yaxşı etmək naminə hər gün ona doğru gedəcəksiniz. Ola bilsin, çox tezliklə ətrafınızdakı hər kəs sizin işinizə qarşı olan ehtirasınızdan danışacaq.

Gəlirinizi bütün partnyorlarınız ilə bölüşün: Partnyorlarınız da öz növbəsində sizi partnyor olaraq qiymətləndirməyə başlayacaq və birlikdə ideyalarınızı gerçəkləşdirmək şansını artırmış olacaqsınız. Nəzarəti saxlayın, lakin özünüzü güzəştə getməyə hazır olan lider kimi nümayiş etdirin. Şirkətinizdən pay verərək partnyorlarınızı genişləndirin. Bu bizim nə vaxtsa atdığımız ən yaxşı addımdır.

Partnyorlarınızı motivasiya edin: Yalnızca pul və əmlak kifayət etmir. Mütəmadi olaraq, günbəgün yeni və daha maraqlı motivasiya üsulları axtarın. Yüksək məqsədlər təyin edin, rəqabəti gücləndirin və bununla bərabər hesablara nəzarət etməyi unutmayın. Ənənəvi iş normasını dəyişin.

Uğurunuzu bayram edin: Uğursuzluqlarınıza gülün. Özünüzə bu qədər ciddi yanaşmayın. Rahat olun və ətrafınızda hər şey rahat olacaq (lazımi səviyyədə). Zamanınızı əyləncəli keçirin. Hər kəs uğursuzluğuna ağladığı bir vaxtda əyləncənizi daha da artırın və hər kəsi sizinlə əylənməyə məcbur edin. Uğuru maksimum şəkildə qeyd edin, belə ki, əldə edilən uğurun mahiyyətini yalnız bu şəkildə anlayacaqsınız.

Hər kəsi dinləyin: Şirkətinizdə çalışan hər bir kəsi dinləyin, onlarla ünsiyyət qurun və hər birinin şəxsi fikrini öyrənin. Onların bildiklərini siz də bilməlisiniz. Keyfiyyətin tam menecmenti də məhz budur. Şirkətiniz çərçivəsində yaxşı ideyaları inkişaf etdirmək üçün partnyorlarınızın nə demək istədiyini dinləyin.

Müştərilərinizin gözləntilərini üstələyin: Müştərilərin gözləntilərini doğrultmaqla və hətta daha artığını etməklə onların yenidən sizə geri dönməsini təmin etmək olar. Onların sizdən istədiyini verin, hətta daha çox. Onları qiymətləndirdiyinizi onlara bildirin. Bütün səhvlərinizi kompensasiya edin və özünüzə bəraət qazandırmayın.

Xərclərinizi rəqiblərinizdən daha yaxşı idarə edin: Maliyyə məsələlərini məntiqi şəkildə həll etmək biznesdə uğurun zəmanətçisidir. Wal-Mart-ın dünyada məşhur pərakəndə satış nümunəsinə çevrilməsindən əvvəl, ardıcıl olaraq 20 il ərzində biz onu xərclərlə bağlı ən yaxşı olaraq qiymətləndirirdik.

Axına qarşı üzün: Öz yolunuz ilə gedin. Adi yanaşmalardan imtina edin. Əgər hər kəs axın istiqamətində gedirsə, axına qarşı getməklə öz yolunuzu tapa bilərsiniz.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272