BİZNES

Yeni yaradılan və bağlanan müəssisələrin – SİYAHISI
19 OKTYABR
565

Yeni yaradılan və bağlanan müəssisələrin – SİYAHISI

2016-10-19 19:35:00

2016-cı il yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 5,3 faiz artaraq, 2016-cı il oktyabrın 1-i vəziyyətinə 105675 olub.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, artım iqtisadiyyatın “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələrində baş verib.

Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində müəssisə və təşkilatların Dövlət reyestrindəki xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (28,6%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (18,6%), Tikinti” (11,4%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (9,9%), “Peşə, elmi və texniki fəaliyyət” (7,0%) və “Emal sənayesi” (6,2%) sahələrinin payına düşür. Dövlət reyestrində qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (35,2%), Böyük Britaniya (7,5%), Rusiya (7,7%), İran (6,1%), ABŞ (3,5%) və Almaniya (2,3%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 28,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,2 faizi ”Maliyyə və sığorta fəaliyyəti”, 15,2 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 8,7 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 4,9 faizi “Tikinti”, 4,5 faizi “Emal sənayesi”, 3,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 29,3 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 21,9 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 9,3 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,2 faizi “Tikinti”, 5,1 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin, qalanları isə digər bölmələrin payına düşüb. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 97,2 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,2 faizi tam xarici investisiyalı, 1,4 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 2,7 faizi dövlət mülkiyyətli müəssisələri olub. Qeydiyyatda olan müəssisə və təşkilatların 53,9 faizi Bakıda yerləşmişdir. Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 63,3 faizi Bakıda, 11,2 faizi Aran, 7,6 faizi Abşeron, 4,8 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax və 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışlar. Statistik vahidlərin yaradılması prosesi Abşeron iqtisadirayonunda (7,0%), Bakı şəhərində (6,8%), Quba-Xaçmaz iqtisadi rayonunda (6,3%), Aran iqtisadi rayonunda (4,8%), Lənkəran iqtisadi rayonunda (4,6%), Gəncə-Qazax iqtisadi rayonunda (3,9%), Dağlıq Şirvan iqtisadi rayonunda (3,8%), Şəki-Zaqatala iqtisadi rayonunda (3,4%), Yuxarı Qarabağ iqtisadi rayonunda (2,3) və Naxçıvan Muxtar Respublikasında (2,3%) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 413, Abşeron iqtisadi rayonu üzrə 135, Aran iqtisadi rayonu üzrə 59, Gəncə-Qazax iqtisadi rayonu üzrə 56, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 25, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 15, Lənkəran iqtisadi rayonu üzrə 14, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 8, Naxçıvan Muxtar Respublikası üzrə 8, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 5 müəssisə ləğv edilib.

Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272