BİZNES

FRM-l imtahanına hazırlaşan namizədlərin nəzərinə – ELAN
19 OKTYABR
409

FRM-l imtahanına hazırlaşan namizədlərin nəzərinə – ELAN

2016-10-19 14:22:00

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində FRM-l imtahanına hazırlıq kursu üzrə qeydiyyat davam edir!

Qeydiyyatdan keçməyə tələsin!

Kursun başlama tarixi: 12 noyabr 2016 - cı il
Dərs günləri: çərşənbə və şənbə günləri
Vaxt: 1) Çərşənbə günü: 19:00 – 21:30
2) Şənbə günü: 10:00 – 12:30
Tədris dili: İngilis

Təlim proqramı GARP (Global Association of Risk Professionals) institutu tərəfindən təklif olunan FRM-I imtahanına hazırlıq kursudur. FRM (Financial Risk Managment) maliyyə, risk menecerləri üçün dünya miqyasında tanınmış peşəkar kvalifikasiyadır. Bu beynəlxalq akkreditasiya maliyyə üzrə geniş sahəni, həmçinin: risklərin idarə edilməsi, analitik, təlimçi, portfel meneceri, auditor sahələrini əhatə edir. Siz maliyyə və risklərin idarə edilməsi üzrə peşəkar fəaliyyətlə məşğulsunuzsa və ya bu sahə üzrə ilk addımlarınızı atırsınızsa, FRM sertifikatını əldə etməklə sürətlə karyeranızın inkişafına nail olacaqsınız.

FRM kvalifikasiyasına sahib olmaq üçün ingilis dilində 2 mərhələdə imtahan vermək və həmçinin risklərlə bağlı 2 illik iş təcrübəsinə sahib olmaq lazımdır.

Təlimçilər: 
1) Rəşad ismayılov - FRM http://cmtc.gov.az/az/telimciler/24

2) Sabit Rəhimov – FRM http://cmtc.gov.az/az/telimciler/26

3) Orxan Mansurov – FRM http://cmtc.gov.az/az/telimciler/32

Hər bir təlimçi "FRM Part l" hazırlıq kursunun müxtəlif hissələrini tədris edəcək.

Dərslər Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində keçiriləcəkdir. Dərslərin keyfiyyətinə Mərkəzimiz zəmanət verir! Təlim proqramımızı müvəffəqiyyətlə tamamlayan tələbələr CFA imtahanından hazır və sərbəst şəkildə keçəcəklər.

Kursun aylıq ödənişi: 270 AZN
Kursun ümumi ödənişi: 1688 AZN
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə korporativ endirimlər edilir.

FRM-1 imtahanına hazırlıq kursu haqqında daha ətraflı məlumat əldə etmək və həmçinin qeydiyyat üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://cmtc.gov.az/az/frm-1-imtahanina-hazirliq-kursu

Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(+994 12) 498 16 77
(+994 70) 272 99 79
(+994 55) 672 99 79
info@cmtc.gov.az
www.cmtc.gov.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274