BİZNES

Borclular üçün ən yaxşı seçim – BARTER
12 OKTYABR
860

Borclular üçün ən yaxşı seçim – BARTER

2016-10-12 09:32:00

Korporativ (şirkətlərarası) borcların yığılmasına baxış fərqli olmalıdır. Korporativ borcların yığılmasında əsas məsələ sürətli yığımın təşkilidir. Hansı şirkət birinci olaraq Borclu Şirkətlə danışıqlara başladısa o da borcunu birinci bərpa edəcək. Burda məsələ ondan ibarətdir ki, borcu olan şirkətlər əksər hallarda bir necə yerə borclu olur. Ona gorə belə borclara yanaşma tam fərqli olmalıdır. Borcun odənilməsində problemlər yaşanan kimi dərhal danışıqlara başlamaq lazımdır. Ən yaxşısı gorüş təyin edib üz-üzə səalhiyyətli şəxslərlə danışıq aparmaqdır. Danışıqların məğzini borcun qısa muddətə bağlanması təşkil etməlidir.

Burada vacib məqamlardan biri odur ki, danışıqlarda barter metodu daim gündəmdə saxlanılmalıdır və dərhal belə imkandan istifadə edilməlidir. Bundan əlavə, əgər borcun yaranmasına səbəb olmuş mallar borclu şirkətdə qalıbsa həmin malların geri götürülməsi də danışıqlar zamanı müzakirə edilməlidir. Həmçinin şirkətin alacaqları da müzakirə olunmalı, real alacaqlar varsa, borcla dərhal əvəzləşdirilməlidir. Məsələn, sizə borclu olan şirkətə hansısa dövlət orqanı pul köçürməlidirsə, həmin borcu öz adınıza keçirməklə şirkətin borcunu bağlamaq imkanınız yarana bilər, çünki dövlət orqanlarının müflisləşmə riski yoxdur.

İstənilən halda aydın məsələdir ki, nağd pul almaq ən yaxşı variantdır, lakin bir şeyi də nəzərə almaq lazımdır ki, əksər borclu şirkətlərin nizamnamə kapital 5-10 manat olur və gözləməklə siz həm vaxtınızı həm də borcu almaq imkanınızı itirirsiniz. Əgər, barter əvəzləşdirmə və s. mexanizmləri deyil, məhkəmə yolunu seçsəniz ola bilər ki borcunuz ümumiyyətlə qayıtmasın və siz vaxt və pulunuzu boşuna xərcləyəsiniz.

Bütün bu danışıqlar prosesi çevik şəkildə, protokollaşdırılaraq aparılmalı və hər iki tərəfin imzaları ilə təsdiqlənməlidir. Borcların təqibində sürət, dəqiqlik və məqsədyönlülük prinsipləri rəhbər tutulmalıdır.

AZCOLL Ekspert Mərkəzi

Əlaqə nömrəsi: 012-511-66-09; 050-500-45-95.

www.azcoll.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275