Bu, brendin ölkəmizdə fəaliyyət göstərəcək 3-cü mağazasıdır. İlk mağaza 2011-ci ilin noyabr ayında Nərgiz Mall-da, ikincisi isə 2012-ci ilin sentyabr ayında 28 Mall-da fəalyyətə başlayıb. Sahəsi 2512 kv. metr-dən çox olan mağaza Qafqaz Regionunda Zara-nın ən böyük butikidir. Burada qadın, kişi və uşaq geyimləri şöbələri fəaliyyət göstərəcək.

Gənclik Mall-da Zara ilə yanaşı Inditex Group-a daxil olan Pull & Bear, Stradivarius və Bershka brendlərinin də mağazaları açılıb. Bu brendlər Azərbaycanda Alhokair Fashion Retail-in filialı olan Retail Group Azerbaijan-ın distribyutorluğu ilə fəaliyyət göstərir. Gənclik Mall-dakı Zara mağazası bütün dünyada Inditex group-a daxil olan brendlər içərisində Alhokair Fashion Retail tərəfindən açılan 200-cü mağazadır. Bu münasibətlə İspaniyadakı Inditex ofisindən və şirkətin baş ofisindən açılışa qonaqlar dəvət olunub.

Açılış gecəsinin fəxri qonağı 2011-ci ildə "Avroviziya" mahnı müsabiqəsinin qalibi Nigar Camal olacaq. Eyni zamanda, xüsusi qonaqlar sırasında "Miss Azerbaijan 2016" yarışmasının qalibi Oksana Barxatova və ifaçı Fərid Əsgərov da yer alacaq. Açılış zamanı Zara-nın yeni kolleksiyaları dünyanın müxtəlif ölkələrindən gələn top modellərin iştirakı ilə nümayiş olunacaq.

Zara və Inditex Group-un Səudiyyə Ərəbistanı, Orta Asiya və Qafqazda icraçı direktoru Yasin Sibari yeni mağaza haqqında bunları söyləyib: "Gənclik Mall-da Zara-nın və Inditex brendlərinin yeni mağazalarını açmaqla biz dəb dünyasının liderlərini şəhərin yeni mərkəzə gətirmək və bu brendlərdən alış-veriş etməyi dəyərli müştərilərimiz üçün ən sevimli məşğuliyyətə çevirmək arzusundayıq. Bu butik Zara-nın dünyada ən son mağazası olmaqla 2512 kv. metr-dən böyük ərazidə fəaliyyət göstərəcək. Biz müştərilərimizin eksklüziv kolleksiyalardan alış-veriş edəcəklərinə ümid edirik. Azərbaycandakı müştərilərimizin nəzərinə çatdırmaq istərdik ki, Bakıda 3-cü mağazanı açmağımızın səbəbi ilk 2 mağazamızın böyük uğurlar qazanması və müştərilər tərəfindən sevilməsidir. Əminəm ki, yeni mağazamız dəyərli müştərilərimiz və bu gözəl ölkənin qonaqları üçün mükəmməl məkan olacaq".

Dünyanın ən böyük geyim brendi olan Zara 88 ölkədə 2100 mağazası ilə fəaliyyət göstərərək qadın, kişi, uşaq və TRF şöbələrində geyim və aksessuarların satışını həyata keçirir. Brend müştərilərin istəklərini nəzərə alaraq həftədə iki dəfə kolleksiyanı yeniləyir.

Brendin Gənclik Mall-dakı yeni mağazası Azərbaycanlı müştərilərə və şəhərin qonaqlarına fərqli alış-veriş zövqü yaşatmaq üçün yeni kolleksiyanı özündə əks etdirir.

Mənbə:buro247.az