BİZNES

Müştərinin borcunu necə azaltmaq olar? – YENİ YANAŞMA
30 SENTYABR
613

Müştərinin borcunu necə azaltmaq olar? – YENİ YANAŞMA

2016-09-30 11:28:00

Hazırda dollar və manat borclarının yığılmasında problemlər yaşanır. Portfellərin analizindən əldə etdiyimiz məlumaltar və təcrübədə rastlaşdığımız problemlər onu göstərir ki, belə borcların yığılmasında fərdi yanaşma tələb olunur.

Dollar borclarında yaşanan əsas problem odur ki, borclu şəxslərin dolların bahlaşmasından ciddi narahatlığı var. Onlar düşünürlər ki, borcun bir hissəsini bu gün ödəsə belə onun borcu azalmayacaq və dolların məzənnəsi artdıqca borcu da artacaq.

Manatla olan borclarda isə problem bir qədər fərqlidir - dolların qalxmasını gözləyən borclular manatla olan vəsaitlərini dollara çevirib saxlayır ki, dolların məzənnəsi artdıqdan sonra dolları manata çevirəcək və bu dəfə ola bilsin ki, az məbləğlə borcunu tam bağlayacaq.

Dollarla olan borclarda yanaşma müştərinin güvənini qazanmağa yönəlməlidir. Müştəriyə endirimlər güzəştlər aşağı kursla konvertasiyalar təklif etməklə müştərinin artan maliyyə yükünü azaltmaq mümkündür.  Müştəri ilə danışıqlar qarşılıqlı anlaşma və hər iki tərəfin güzəştə getməsi istiqamətində aparılmalıdır. Hədə-qorxu, cərimə və s. sanksiyalar əksinə müştərini özünü müdafiə rejiminə keçirəcək və nəticə almaq mümkün olmayacaq. Bundan sonra isə müştəri ya telefonunu söndürür, nömrəni dəyişdirir və ya yalan məlumatlar verməyə başlayır.

Burda vacib məqam ondan ibarətdir ki müştəriyə verilən güzəştli şərtlər real və əlçatan olmalıdır və rəsmi sənəd şəklində də müştəriyə təqdim edilməlidir ki müştərinin heç bir şübhəsi və narahatlığı qalmasın. Həmçinin həmin şərtlər dərhal yerinə yetirilməlidir və yaxşı olar ki, bu şərtlər müvəqqəti xarakter daşımasın.

Bundan başqa, müştəri onun problemlərinin həlli üçün çalışdığınızı və ona pislik etmək niyyətində olmadığınızı müştəri görməli və hiss etməlidir.

Manatla olan borclarda isə borcu bu gün ödməyin sabah ödəməkdən daha əlverişli olmasına müştərini inandırmaq lazımdır. Burada da müəyyən güzəştlər tətbiq etmək mümkündür. Eyni zamanda müştəriyə izah etmək lazımdır ki, borcu gecikdirməklə o, öz xərclərini daha da artırır. Həm borc faizləri və cərimələri artır, həm də borcun alınması üçün çəkilən xərclər də müştəridən tutulacaq. Bundan əlavə, özgəsinin pul vəsaitini özündə qanunsuz saxlamağa görə vurulmuş ziyan da tələb ediləcək. Ən əsası isə kreditor borclarını ödəməkdən qəsdən yayınmağın Cinayət məsuliyyəti yaratdığını borcluya izah etmək lazımdır.

Hazırki şərait hər bir borca fərdi yanaşma tələb edir, çünki köhnəlimş metod və danışıq ssenariləri artıq özünü doğrultmur. Nəzərə alınmalıdır ki, hər bir borclunun özünə xas ödəməmə səbəbləri və ödəmə qabiliyyəti vardır. Bu məqamlar araşdırıldıqdan sonra fərdi ödəmə planları tərtib olunmalı və təqib bu plan əsasında həyata keçirilməlidir. 

AZCOLL Ekspert Mərkəzi

Əlaqə nömrəsi: 012-511-66-09; 050-500-45-95.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274