BİZNES

Fərdi şəxslərə patent dərəcələri tətbiq ediləcək
22 SENTYABR
289

Fərdi şəxslərə patent dərəcələri tətbiq ediləcək

2016-09-22 13:04:00

Azərbaycan Vergilər Nazirliyi sahibkar olmayan fərdi şəxslərin vergi bazasının genişləndirilməsi mexanizmini hazırlayıb. Fins.az-ın verdiyi məlumata əsasən, bu haqda Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, müəllimlərin, ustaların, bərbərlərin, ev köməkçilərinin, dayələrin və s. vergi ödənilməsi məqsədi ilə “sahibkar olmayan fiziki şəxslər” anlayışını mövcud qanunvericiliyə daxil etmək lazımdır.

“Bu şəxslər muzdlu işçilər qismində qeyd olunmalıdırlar və onlara qarşı patentli vergi sistemi tətbiq etmək məqsədəuyğun olardı”.

Ə.Məmmədovun dediyinə görə, gəlir səviyyəsindən asılı olmayaraq aylıq sabit vergi dərəcəsi qurulması təklif olunur. Azərbaycanda vahid vergi dərəcəsi artıq sərnişin və yükdaşımalarla məşğul olan sahibkarlara onlara ticarət nişanı vermək vasitəsi ilə tətbiq olunur.

“İndi Nazirliyin əsas məqsədi sahibkar olmayan fərdi şəxslərin siyahısını formalaşdırmaq və patent dərəcələrinin məbləğini müəyyən etməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272