BİZNES

Azərbaycan-İran biznes forumu keçiriləcək
16 SENTYABR
327

Azərbaycan-İran biznes forumu keçiriləcək

2016-09-16 18:52:00

Bakıda Azərbaycan-İran biznes forumu baş tutacaq. Fins.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 19-21-də Bakıda keçiriləcək “İran Project-2016” sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azpromo və Pars Pegah Tejarat Beynəlxalq Ticarət Şirkətinin təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçiriləcək. 

Sentyabrın 20-də baş tutacaq biznes foruma neft-qaz, kimya, inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri, turizm, kənd təsərrüfatı, logistika, əczaçılıq, avtomobil istehsalı  və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq İran şirkətinin qatılacağı gözlənilir.

 

 

Mənbə: Apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272