BİZNES

Pərakəndə ticarət dövriyyəsi artıb
24 AVQUST
193

Pərakəndə ticarət dövriyyəsi artıb

2016-08-24 09:28:00

2016-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,0 faiz artaraq 16,2 milyard manat olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən, istehlak məhsullarının 99,9 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,3 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 240,3 manatlıq və ya 2015-ci ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271