BİZNES

Araz Ağalarov müflis olub?
12 AVQUST
494

Araz Ağalarov müflis olub?

2016-08-12 14:53:00

Rusiyada "Kron" MMC Moskva vilayəti Arbitraj Məhkəməsinə biznesmen Araz Ağalarovun başçısı olduğu "Crocus Group"a daxil olan "Crocus International" SC-nin müflis olmasının tanınması barədə ərizə ilə müraciət edib.

Fins.az "Report"-a  istinadən xəbər verir ki, müflisləşməklə bağlı iddianın baxılacağı tarix müəyyən edilməyib.

Mübahisə "Crocus Group" şirkətinin federal hökumətin sifarişi əsasında Asiya-Sakit okean İqtisadi Tərəfdaşlıq (APEC) sammiti üçün tikdiyi və Vladivostokda yerləşən Uzaq Şərq Federal Universitetinin obyektlərinin - sahilyanı, gəmilərin lövbər salması üçün ərazilər, süni göl, şəlalə, ümumi sahəsi 5 min kvadratmetrdən çox olan idman-sağlamlıq kompleksinin (D korpusu) dəyərinin müəyyənləşdirilməsindəki fikir ayrılığından irəli gəlib. İddiaçının - layihənin baş podratçısı sifarişçinin ona çatacaq məbləği tam ödəmədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272