BİZNES

Reklamverənlər üzən məzənnə ilə “üzə” bilmirlər
01 AVQUST
184

Reklamverənlər üzən məzənnə ilə “üzə” bilmirlər

2016-08-01 10:52:00

Azərbaycan üzən məzənnə sisteminə keçəndən sonra, raklamlarda məhsulların qiymətinin Azərbaycan Manatı ilə göstərilməsi barədə qanunvericilik tələbində düzəliş edilməsinə ehtiyac var.

Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, məzənnənin tələb və təklifdən asılı olaraq dəyişməsi idxal olunan  məhsulların qiymətinin də Azərbaycan manatında tez-tez dəyişdirilməsini tələb edir. Dolların bahalaşması dəyəri yüksək olan idxal mallarında özünü daha tez biruzə verir. Şirkətlər isə  tez-tez reklam daşıyıcılarında Azərbaycan manatında göstərdikləri qiymətləri dəyişmək imkanına malik deyillər. Buna görə, bir sıra idxalçılar qiymətləri dollarda və ya avroda göstəmək məcburiyyətində qalıblar və ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

Bildiyimiz kimi avtomobil idxalçıları, avtomobiləri xaricdən dollar və ya avro ilə alırlar. Tutaq ki, USD/AZN məzənnəsi 1.50 olan vaxt idxal olunan avtomobillərin reklamı üçün, manatla qiymətlərin göstərildiyi çap və video materialları hazırlanıb. Həmin reklamlar sayt, TV, bilbord və digər daşıyıcılarda yerləşdirilib. Bir neçə gün keçməmiş məzənnə 1.60 səviyyəsinə qalxırsa, avtomobil satıcısı reklamlarını dayandırmalı olur və ya əlavə xərc çəkərək reklamlarda qiymətlərdə düzəliş edir. Əgər qiymətlər xarici valyutada göstərilərsə problem həll oluna bilər. Amma hazırda qanunvericilik buna imkan vermir.

Azərbaycanın Konstitusiyasının 19-cu maddəsində göstərilir ki,  Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

“Reklam haqqında qanun”da yazılır ki, reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir.

 “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununun 13-cü maddəsində isə yazılıb:

 "Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir”.

Qanunvericilik icazə verməsə də, bu gün bir sıra satıcılar malların qiymətlərini dollar və ya avro ilə göstərməyə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275