BİZNES

Çörək istehsalına 52 milyon vəsait ayrılıb
28 İYUL
188

Çörək istehsalına 52 milyon vəsait ayrılıb

2016-07-28 17:31:00

Bu günədək Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkarlara çörək istehsalı müəssisələrinin təşkili üçün 52,1 mln. manat verilib. Fins.az "İnterfaks"-a istinadən xəbər verir ki, bu barədə  fonddan məlumat verilib.

«Gündəlik istehsal gücü 825 ton olan 28 çörək istehsalı müəssisəsinin təşkilinə 52,1 mln. manat ayrılıb», - deyə məlumatda qeyd olunur.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275