BİZNES

ÜTT üzvlük məsələsində Azərbaycanı tələsdirir
25 İYUL
196

ÜTT üzvlük məsələsində Azərbaycanı tələsdirir

2016-07-25 17:27:00

Azərbaycann Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə işçi qrupunun rəhbəri Valter Verner Azərbaycan və ÜTT-ni danışıqlar prosesini sürətləndirməyə çağırıb.

Fins.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, V.Verner Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqların növbəti raundunda ölkənin ticarət rejiminin təşkilatın norma və tələblərinə uyğunlaşdırılması üzrə addımlarını qeyd edib.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkədə iqtisadiyyatın şaxələndirilməsinə və enerji resurlarının qiymətlərinin azalması ilə bağlı çətinliklərin öhdəsindən gəlinməsinə yönəldilmiş milli strateji yol xəritəsinin qəbul edilməsi barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271