BİZNES

İqtisadi cinayət törədənlərə neçə il iş verilir? – SİYAHI
08 İYUL
560

İqtisadi cinayət törədənlərə neçə il iş verilir? – SİYAHI

2016-07-08 11:18:00

Ötən il Azərbaycanda vergidən yayınmaya görə 71 nəfər, keyfiyyətsiz məşhsul istehsalına görə 12 nəfər, kreditlərini ödəmədiyinə görə 2 nəfər azadlıqdan məhrum edilib və ya başqa formada cəzalandırılıb. Bu barədə fins.az-ın sorğusuna cava bolaraq Dövlət Statistika Komitəsindən bildirib. Komitənin fins.az-a təqdim etdiyi rəqəmlərə görə, Azərbaycanda iqtisadi sahədəki cinayətlərə görə, məhkum olunanların sayı artıb. 2015-ci ildə bu maddələrdə tutulanların sayı 3850 nəfər olub. Bir il əvvəl – 2014-cü ildə isə belələri 3678 nəfər idi.

Eləcə də bax: Qanunsuz sahibkarların işi yüngülləşdi - SƏRƏNCAM

Belə halların əksəriyyəti (3569-u) mülkiyyət əleyhinə olan cinayətlərə, bir hissə (281) isə iqtisadi fəaliyyətə aid cinayətlərə aiddir.

Statistika komitəsinin məlumatına görə, iqtisadi cinayətlər törədən şəxslərə qarşı müxtəlif cəzalar tətbiq edilib. Belə şəxslərə qarşı ən çox təbiq edilən cəza üsulu azadlıqdan məhrum etmədir. Belə ki, 281 nəfərdən 166-sı müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib. Ötən il isə belələrinin sayı 152  idi. 63 nəfər şərti cəza alıb, 18 nəfər isə islah işlərinə cəlb edilib. 28 nəfər cərimə edilib, 6 nəfər isə digər üsullarla cəzalandırılıb.

İqtisadifəaliyyətsahəsində törədiləncinayətlər üzrə məhkumlaratətbiqolunmuş əsascəzatədbirləri (nəfər)

 

2015

2014

Məhkum olunanların sayı - cəmi

281

260

    o cümlədən cəza  növləri üzrə:

 

 

müəyyən müddətə  azadlıqdan məhrum olunanlar

 166

 152

islah işlərinə  cəlb olunanlar

 18

 20

şərti məhkum  edilənlər

63

50

cərimə edilənlər

28

35

digər cəza növləri ilə  cəzalandırılanlar

 6

 3

Eləcə də bax: Bəzi cinayətlərə görə, cəzalar dəyişdi - CİNAYƏT MƏCƏLLƏSİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271