BİZNES

Səbrsiz investorlar nəsli yaranır
04 İYUL
145

Səbrsiz investorlar nəsli yaranır

2016-07-04 15:07:00

İndi insanlar əvvəlkinə nisbətən daha tez və daha çox gəlir əldə etmək istəyir. İnvestorlar, xüsusən də gənc investorlar çox vaxt qoyduqları kapitaldan çox şey gözləyirlər. «Schroders Investment Management» şirkətinin apardığı araşdırma ümumilikdə 28 ölkədən olan 20 min fərdi investoru əhatə edib.

Araşdırma göstərir ki, investorlar illik orta hesabla 9,1% gəlir əldə etməyi düşünür, bu da indiki iqtisadi şəraitdə real görünmür.

Araşdırmalara görə, 18-35 yaşlı gənc investorlar orta hesabla, illik 10,2% gəlir arzulayır. Özü də, bu, qısamüddətli – təqribi 3,2 illik kapital qoyuluşuna istiqamətlənib. Mütəxəssislər isə 5 ildən daha çox müddətə investisiya yatırmağı məsləhət görür. Lakin belə strategiyanı gənc investorların yalnız 8%-i dəstəkləyir.

35 yaşdan yuxarı investor qrupu isə uzunmüddətli investisiyalara üstünlük verir – respondentlərin 24%-i. Həmçinin məlum olub ki, gənc investorlar əldə etdikləri gəlirləri cari ehtiyaclarına xərcləyir – maaşa əlavə, yeni məhsulların alınması, övladların və digər qohumlarının təminatı. Belə investorlar pensiya barədə hər şeydən az düşünürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275