BİZNES

Azərbaycanda internet bizneslərin problemləri – BİRİNCİ YAZI
04 İYUL
211

Azərbaycanda internet bizneslərin problemləri – BİRİNCİ YAZI

2016-07-04 09:41:00

Yadıma gəlir, 2-3 il bundan əvvəl “Azərbaycanda internet startup boş şeydir” deyə bir yazımız var idi. O vaxt bizə deyirdilər ki, “Yooox, Siz (Sən) nə danışırsız?!” Azərbaycanda tezliklə Facebooklar, Amazonlar olacaq və s. Məndə deyirdim ki, “kaş ki, olsun, kaş ki, mən səhv edim, amma inanın Siz belə düşünsəniz, heç bir proektiniz uğurlu olmayacaq”… əziz oxucu, təəsüf ki, mən haqlı çıxdım… bügünə qədər bir vaxtlar mənimlə mübahisə edən dostlarımızın çoxu özünüz startup layihələrini bağladı. Onlardan bəziləri ümumiyyətlə internetdə biznes sevdasından əl çekdi, bəziləri isə o layihəyi bağlayıb, təzəsinə keçdi. Sizə səmimi deyim – bu gözlənilən idi, çünki ölkəmizdə internetdə biznes qurmaq istəyən insanların böyük əksəriyyəti biznes barədə elementar baza məlumatlara sahib deyillər. Biznes isə, sahəsində asılı olmayaraq bütün istiqamətlər üçün eyni olan qanunlarla idarəedilir. Bu yazıda istəyirəm Sİzinlə Azərbaycanımızda internetdə qurulan bizneslərin əsas problemləri barədə danışım.

Əvvəlcə deməliyəm ki, internet bütün bizneslərin gələcəyidir və bir mənalı olaraq biznes internetdə olmalıdır. Təbii ki, ölkəmizdədə bu belə olacaq. Hətta biz hesab edirik ki, hal-hazırda yeni biznes qurmaq üçün ən ideal məkan internetdir. Daha əvvəldə bu haqda yazdığımız kimi, internetdə biznes qurmağın əsl vaxtıdır.

Beləliklə keçək əsas məsələyə – Azərbaycanda internet bizneslər niyə gəlirli olmur? İstəyirəm bu suallın cavabına iki prizmadan baxam: birincisi biznes açmaq istəyənlərin problemləri nədir, ikinci məhsulun (xidmətin) bazarın problemi nədir. Hər iki amil barədə ayrıca fikirlərimi deyəcəm amma ayrı-ayrı yazılarda. Bu dəfə icazə verin, yalnız sahibkarda olan gördüklərim problemlərdən danışım, gələn yazıda məhsuldan danışaram.

Biznes açmaq istəyənlərin problemləri (səhvləri) nədir? İstənlən biznesi uğurlu və ya uğursuz edən icradır, icra üçün isə, güclü menecer icra edicilər lazımdır. Fikir vermişəm, güclü iş adamların ətrafında güclü komanda, yalançı, bəxtə-xuda iş qurmuşların ətrafında isə zəiflər, yalançılar olur. Bu biznesin qanunudur: güclü sahibkarın güclü meneceri, zəif sahibkarın zəif meneceri olur. Başqa sözlə desək hər şey sahibkardan asılıdır. İnternet biznes qurmaq istəyən sahibkarların əsas problemləri aşağıdakılardır:

Biznes qurmaq istəyənlərin çoxu IT, proqramlaşdırma təməlli insanlardır

 Biznes adamın xasiyyətində xüsusi baxış, pozitiv yanaşma, güclü əlaqə qura bilmə qabiliyyəti olur. Əlaqə qura bilmə, heç bir şəkildə FB dost sayı deyil!) Təəsüf ki, deyil, yoxsa əmin edirəm ki, ölkənin ən güclü milyonçuları elə FB oturardılar bütün günü.Proqramlaşdırma (bu haqda oxumaq üçün)  biznes üçün son dərəcə vacibdir, internet biznes üçün ümumiyyətlə həyatı əhəmiyyət kəsb edir, amma proqramçılar “elastik” adam olmurlar, proqramçıların “satma” qabiliyyəti olmur. Nəticədə qurulan biznesində məntiqində prosesə orientasiya olunma hiss edilir. Biznes hədəfə yönəlməlidir, proses adamları biznes uğurlu olmurlar.

P.S. Xahiş edirəm mənə deməyin, Bill Geyts, Şaxar Vayser nə bilim… Dmitriy Qrişin… bu adamları özünüz araşdırın və görəcəksiniz uğurlarında proqramlaşdırma bilikləri deyil. Yumşaq desək!)

İnternet biznes quranlar gənc, korporativ biznes təcrübəsi olmayan insanlardır

Ömründə heç bir biznesdə işləməyən, böyük şirkət təcrübəsi görməyən adamların öz şəxsi biznes qurma təcrübəsinə çox skeptik baxıram. Xahiş edirəm… mənə Sukerberqlərdən danışmayın… inanın, tam fərqli ölkə, tam fərqli bazar, tam fərqli şeylərdən danışırıq. Azərbaycanda iş təcrübəsi olmadan, yəni Ali Məktəbi bitirib, internetdə startup etmək çox çətin görünür, çünki bizim Ali məktəblərdə lazım olan “qaz”ı verə bilmir, gələcək sahibkarlara. Bu baxımdan çox yaxşı olar ki, hər şeyi ciddi biznesi olan bir şirkətdə öyrənib, daha sonra öz şəxsi biznesini qurasan. Onda bazarı yaxşı görmək olur. Ruslarda bir yaxşı söz var: “исключение подтверждает правило” digər hallar xüsusi hallardır!)

Sahibkar “zəif” (bəzən tənbəl) olur

 Ölkədə bağlanmış, davamı olmamış internet proektlərin bəzilərini təhlil etdikdən sonra, aydın şəkildə hiss etmişəm ki, sırf sahibkarın yetərincə inadkarlığı olmadığına görə, tənbəlliyinə görə proekt uğurlu olmayıb. Adətən yeni biznes gəlir gətirmir. Əgər bu iş internetdədirsə ümumiyyətlə tez uğur gözləmək bəlkədə doğru deyil. Sahibkarın istər maddi, istərsədə mənəvi cəhətdən böyük gücü olmaldır. Yalnız burda söhbət puldanda getmir, gərək qurduğun biznesə aşiq olasan, gərək biznesini sevəsən, inanın mənə. Yadıma gəlir German Studio açıldığı zaman 3 il (bəli-bəli), 3 il ziyanlı olub. Hər dəfə biz hesabatlara baxmışıq, zərərləri cibimizdə qarşılamışıq, amma inanmışıq. İnanmışıq ki, düzgün iş görürük və s. Bəlkə, buna görə bugün böhranda eyni seqmentdə bazardan çıxandan biz dahada möhkəmlənirik. Uduzmaq hər zaman tezdir, biznesdən çıxmaq isə uduzmaqdır. Uduzmayın, uduzmayaq!

Biznes qurmaq əvəzinə, investor axtarırlar

 Özünüz diqqət edin, internetdə biznes qurub uğursuz olan adamlarla söhbət edin… “salamdan” sonra başlayacaq investor axtarışından danışmağa… inanırsız, diqqət etmişən, bəzən heç bilmirlər pul (investor) niyə lazımdır. Sizə bir söz deyim, bəzən internetdə “biznes” quran adamlarda elə təsəvvür yaranır ki, guya kimlərinsə bunlara borcu var)) Qardaş ətrafınıza baxın, dünya lider olan hansı biznes ilk vaxtlarda investor pulu ilə qurulub?! İnanın heç biri, heç axtarmayın. Birdə Sizə bir söz deyim, investor biznesmeni bilirsiz nə vaxt tapır!? Düzdür… biznesə pul lazım olmayanda. Bu “qızıl” qaydanı, necə bilməmək olar!? Əgər Siz pulun dalınca qaçsanız, pul daha sürətli şəkildə Sizdən qaçacaq!)

İnternetdə biznes satılmaq üçün qurulur

 Biznes uşaq kimidir, əgər ona lazımı diqqəti, qayğını göstərməsən o idarə olunmaq bir canlıya çevrilir və daim problemlər yaradır. Sahibkar öz biliyini, pulunu (şəxsi pulunu), ürəyini və vaxtını açacağı biznesə qoymursa biznes sahibkardan küsür. Bunu praktik olaraq sözü gedən məsələni yaşamış biri kimi deyirəm. Əmin olun, əgər Siz işin başında biznes qurub daha sonra bunu satmaq istəyirsinizsə, inanın ki, heç kim, bu biznesi Sizdən almayacaq, çünki Sizin qurduğunuz biznes pis olacaq. Biznesi pul qazanmaq üçün qurmaq lazımdır və pul qazandıqdan sonra bəlkədə satmaq olar (daha çox qazanmaq üçün) amma əksi işləmir.

Biznes üçün vacib olan təməl predmetləri bilmirlər

 Azərbaycanımızda belə bir təsəvvür var ki, guya internetdə biznes qurmaq asanddır. Hal-hazırda internetlə bağlı yeni bir biznes-layihəmizin üzərində işləyirəm… Sizi inandıram ki, internetdə biznes etmək offlayndan etməkdən qətiyyən asand deyil (!) və bunun üçün marketinq, maliyyə, idarəetmə kimi təməl biznes predmetlərini çox dərin bilmək lazımdır. Həm praktik, həmdə nəzəri. Bilməmək bir yana, bilməmək problem deyil, ən qorxulusu odur ki, bilmədiklərini bilmirlər. Bu böyük problem yaradır. Məsələn, bizim internetdə biznes qurmaq istəyən ölkədə biznes-mühitini dərin təhlil etmir. Lalafo kimi biznesin arxasında Ukrayın sahibkarlarını düşünmək , üçün yalnız biznesi başa düşməmək azdır, həmdə çox sadəlöv olmalısan!) Amma dostlar, biznes savadsızlığı sevmir, tezliklə savadlanmaq lazımdır, vallah Sizə görə deyirəm!)

Bu dediklərimizin əksi olanlar bügün ölkəmizdə internet bizneslərin “şahlarıdır”. İnanmırsız?! Özünüz yoxlayın: fromae, hesab.az, tap.az, disput.az, turbo.az və s. Başqa cürə deyim, o sayt ki, Azərbaycanda pul qazanır, bilin ki, sahibi yuxarıda olan kriteriyanın adamı deyil!)

Belə bir söz var… əgər yeni biznesə başlayan adam pul – investor axtarırsa, onun təlimi, savadlanmağa ciddi ehtiyacı var, yox əgər biliksizlikdən, bazarı tam başa düşmədiyindən danışırsa, ona təcili investitsiya tapmaq lazımdır, çünki biznes adamı tam yetişib. Əgər Azərbaycanda internetdə biznes qurmaq istəyənlər, “həftə-səkkiz mən doqquz” investor, pul axtarırsa… özünüz başa düşdüzdə bu adamlara nə lazımdır!?

Neysə… neqativ tonlarla bitirməyək, əsas odur ki, internet həqiqətəndə biznesin gələcəyidir və əmin olun ki, gələcək biznes yalnız və yalnız internetlə əlaqəli olacaq.

Müəllif: İlkin Manafov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272