BİZNES

Biznesin inkişafı üçün bunları mütləq edin
28 İYUN
253

Biznesin inkişafı üçün bunları mütləq edin

2016-06-28 12:54:00

Texnologiyalarda, satış bazarlarında və müştərilərin arzularında daimi və kifayət qədər əhəmiyyətli dəyişikliklər artıq adi hala çevrilib. Bu səbəbdən də şirkətlər öz rəqabətə davamlılıqlarını saxlamaq məqsədilə korporativ strategiyanı və taktikalarını daim dəyişməyə məcburdular. Bəzən yaranan dəyişikliklərə uyğunlaşmaq, onlara adekvat və zamanında cavab vermək üçün daxili resurslar “bazarda qalmağa” kifayət etmir. Buna görə də şirkətlərin bu və ya digər sahədə yüksək ixtisaslı mütəxəssislərin köməyinə ehtiyacı vardır. 

Fins.az BSC Outsourcing & Consulting Company-nin (http://www.bsc.az/) araşdırmasını təqdim edir. 

Autsorsinq və konsaltinq nədir?

Autsorsinq- şirkət fəaliyytində zəruri olan funksiyaların bu funksiyaların icrası istiqamətində daha çox ixtisaslaşmış kənar təşkilata həvalə edilməsidir. İndiki iqtisadi şəraitdə bu fəaliyyət müəssisə fəaliyyətinin, xərclərinin optimallaşdırılması baxımından çox vacibdir.

Konsaltinq – məsləhət vermək deməkdir.Faktiki olaraq məsləhətləşmə idarədə (idarə etmədə) şirkətin və ya təşkilat inkişafının problemlərinin həlli ilə bağlı intellektual xidmətlərin növüdür.

Autsorsinq və konsaltinqə müraciətin səbəbləri?

  •       Fəaliyyətin sağlamlaşdırılması, bürokratik işlərin azaldılması, xərcləri minimuma endirməklə iş performansının artırılması istəyi;
  •       Şirkətlərin krizis dövründə və ya iflas həddində olduqda daxili resurslar və təcrübə çatışmamazlığından düşdükləri vəziyətdən çıxmaq üçün köməyə;
  •       Hər hansı bir şirkət  orientasiyasını dəyişmə və daha əlverişli istiqamətlərdə fəaliyyətinin genişləndirməyə və ya köklü dəyişdirməyə;
  •       Öz partnyorlarından öncə lazımlı imicin yaradılmasına və bazarda öz mövqelərinin möhkəmləndirilməsinə ehtiyac duyması.

Məhz autsorsinq və konsaltinq vasitəsilə həll olunaca biləcək sualların əhatəsi  kifayət qədər genişdir. Bu sahədə xidmət göstərən şirkətlər iki cür ola bilər:

-          Dar çərçivədə ixtisaslaşdırılmış şirkət (məsələn: hüquq xidmətləri və ya mühasibatlıq xidmətləri üzrə);

-          Bütün xidmət spektrlərini əhatə edən şirkətlər.

Dünya praktikasına baxdığımız zaman müşahidə edirik ki, artıq bir çox qlobal şirkətlər sağlam biznes faəliyyəti üçün daha çox bütün xidmət spektrlərini əhatə edəbilən autsorsinq şirkətlərinin xidmətlərindən yararlanmış və bu gün də onlarla əməkdaşlıq edirlər

Azərbaycanda isə autsorsinq xidmətləri haqqında fikirlər müxtəlifdir. Son zamanlara kimi sahibkarlar öz bizneslərinin inkişafında daha mühafizəkar davranaraq xidmətlərin autsors edilməsinə qarşı çıxmışlar. Lakin müasir iqtisadi tələblər artıq bu tip xidmətlərdən yararlanmanın zərurət olduğunu göstərməkdədir. Ölkəmizdə fəaliyyət göstərən böyük korporasiyalar autsorsinq fəaliyyətindən geniş yararlanmaqdadır. Bir çox iri korporasiyaların seçimi olmuş Business Servise Center (BSC) Outsourcing & Consulting Company  bu xidmətləri göstərən qabaqcıl və ilk şirkətlərdəndir. Artq 20 ildir öz sektorunda fəaliyyət göstərən BSC Outsourcing & Consulting Company öz xidmətləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. Maliyyə, mühasibatlıq, insan resursları, hüquq və marketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən Business Service Center autsoursinq ənənsinin formalaşmasında xüsusi rol oynayır. 20 il ərzində 40 –dan çox daimi müştəri qazanaraq öz xidmətlərini təqdim edən şirkət, bü müddət ərzində böyük komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərmişdir. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrə fəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən BSC Outsourcing & Consulting Company öz xidmətlərini Sizə təqdim etməkdən böyük məmnunluq duyur. Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında ətraflı məlumatı http://www.bsc.az/ əldə edə bilərsiniz.

Müəllif: “BSC” MMC-nin PR meneceri

 

Elvira Rüstəmova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272