BİZNES

Bu ölkədə ödəmələrin 98 faizi nağdsız üsulla aparılır
17 İYUN
292

Bu ölkədə ödəmələrin 98 faizi nağdsız üsulla aparılır

2016-06-17 13:56:00

İsveç Mərkəzi Banklının dərc etdiyi yeni məlumatlara görə, Krallıqda həyata keçirilən bütün ödənişlərin yalnız iki faizi nağd əsginaz və sikkələrdən istifadə edilməklə aparılır.

Fins.az xəbər verir ki, ölkədə hesablaşmaların əksəriyyəti elektron vasitələrlə: xüsusi ödəniş proqramları, onlayn köçürmələr və plastik kartlar vasitəsilə həyata keçirilir.

İsveçdə hər bir vətəndaş il ərzində orta hesabla 207 ödənişi plastik kartlarla icra edir. Krallığın təbəələri bu göstərici üzrə digər Avropa ölkələrinin vətəndaşlarını üç dəfə qabaqlayırlar. Beləliklə, İsveç nağdsız ödənişləri gündəlik həyatın bütün sahələrinə tətbiq etməyə nail olub.

Ekspertlər hesab edirlər ki, elektron ödəmə sisteminin əsas üstünlüyü təhlükəsizliyin yüksək dərəcədə olmasıdır, çünki oğurlanmış və ya itirilmiş kartlar bir neçə dəqiqə ərzində banklar tərəfindən bloklanır. Lakin bəzi hallarda hesablaşmalar barədə məlumat açıq şəbəkələr üzrə ötürülür və bu faktdan istifadə edən dələduzların hərəkətlərinin qarşısını almaq heç də həmişə mümkün olmur. Nağdsız hesablaşmalar və pul köçürmələri hakimiyyət orqanlarına maliyyə tranzaksiyalarını izləmək yolu ilə ölkə ərazisində qeyri-leqal fəaliyyətin qarşısını almaq imkanı yaradır.

Nağdsız hesablaşmaların çatışmayan cəhətləri də var: ucqar ərazilərdə internetə qoşulmaqla bağlı problemlər, əhalinin mühafizəkar təbəqələri və yaşlı şəxslər tərəfindən bu üsuldan məhdud istifadə edilməsi və s.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271