BİZNES

Samir Şərifov: "Büdcənin icrası inflyasilya təzyiqi yaratmır"
14 İYUN
447

Samir Şərifov: "Büdcənin icrası inflyasilya təzyiqi yaratmır"

2016-06-14 09:28:00

"Azərbaycanın 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem görmürük və bununla bağlı mütəmadi məlumat verilir". Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Manat kütləsinin artmasının inflyasiya təzyiqini gücləndirməsi ehtimallarına dair verilən sualın cavabında isə S.Şərifov belə söhbətlərin həqiqəti əks etdirmədiyini deyib: "Manat kütləsi dövriyyəyə müxtəlif yollarla buraxılır. Təkcə büdcə manat kütləsini artırmır. Ona görə də belə söz-söhbətlərə o qədər də fikir verməyin".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272