BİZNES

Prezident alman şirkətlərini Azərbaycana dəvət edib
07 İYUN
214

Prezident alman şirkətlərini Azərbaycana dəvət edib

2016-06-07 14:56:00

Azərbaycan üçün prioritet məsələlər ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsidir. Bunu iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışında prezident İlham Əliyev bildirib.

Dövlət başçısı Bakı-Tiflis-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da Azərbaycanın gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib.

“Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik”, - deyən dövlət başçısı ölkəmizdə əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, eləcə də Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272