BİZNES

Prezident xaricdəki azərbaycanlı iş adamlarını ölkəyə sərmayə qoymağa çağırıb
03 İYUN
496

Prezident xaricdəki azərbaycanlı iş adamlarını ölkəyə sərmayə qoymağa çağırıb

2016-06-03 11:05:00

“Son 20 ildə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub, biznes mühiti günü-gündən yaxşılaşır, bürokratik əngəllər aradan götürülür”.

 
Fins.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda şəffaflıq təmin edilir: “Mən xaricdəki iş adamlarımızı Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var, bunun qarantı Azərbaycan xalqıdır. Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar”.
 
Dövlət başçısı qeyd edib ki, xaricdə yaşayan hər bir azərbaycanlının ildə bir dəfə Azərbaycana gəlməsi lazımdır: “Azərbaycan həm vətənimizdir, həm də ölkəmizdə turizm, istirahət üçün geniş imkanlar yaradılıb. Bunun ölkə iqtisadiyyatına da xeyri olacaq. Hazırda biz turizm sektorunu inkişaf etdiririk. Vizalarla bağlı da islahatlar aparırıq, Azərbaycana gələn turistlərin sayı artır. Xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi ən azı ildə bir dəfə Azərbaycana gəlsə, yaxşı olar”.
 
Xaricdə Azərbaycan səfirlikləri və konsulluqlarının sayının artdığını söyləyən prezident, Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi olmadığını vurğulayıb: “Bizim zəif yerlərimizdən biri xarici ölkələrin icra və qanunvericilik orqanlarında yaxşı təmsil olunmamağımızdır”.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272