BİZNES

“Gəlin, pul qazanın” – İRANDAN AZƏRBAYCANA TƏKLİF
23 MAY
2774

“Gəlin, pul qazanın” – İRANDAN AZƏRBAYCANA TƏKLİF

2016-05-23 09:54:00

İran azərbaycanlı sahibkarları bu ölkədə mənfəətli layihələrə pul qoymağa çağırır. Fins.az xəbər verir ki, bu açıqlama ilə İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin çıxış edib.

“Hazırda İran sənayenin inkişaf etdirilməsi üçün iri layihələrə pul qoyulmasına hazırdır. Sanksiyaların ləğvindən sonra İran 41 layihənin reallaşdırılması üçün 3 milyard 418 milyon dollar investisiya cəlb edə bilər” – deyə səfir qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycan və İran arasında dəmir yolu xətlərini birləşdirəcək Rəşt-Astara xətti tikilmək ərəfəsindədir. Azərbaycan isə bu layihənin reallaşdırılmasına 500 milyon dollar ayırıb. 

Səfir həmçinin bildirib ki, rəsmi Tehran Azərbaycan banklarının İranda filial və nümayəndəliklərinin açılmasına dəstək verəcək. 

Möhsün Pakayinin sözlərinə görə, İrana qarşı nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş sanksiyalar artıq aradan qaldırılıb. Digər sanksiyalar da yaxın vaxtlarda ləğb ediləcək: “Bu, milli qələbə sayılır”. 

Səfir qeyd edib ki, sanksiyaların ləğvindən sonra İranın  neft hasilatı və ixracı 2 dəfə artıb. Birgə kompleks fəaliyyət planının reallaşdırılmasından sonra İranın neft ixracı sutkada 2,4 milyon barrelə çatacaq.

Mənbə: “Trend”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275