BİZNES

Nazir müavini supermarket sahiblərini ittiham etdi
18 MAY
387

Nazir müavini supermarket sahiblərini ittiham etdi

2016-05-18 11:48:00

Vergini az ödəmək istəyən supermarketlər dövriyyələrini gizlədirlər. Fins.az-ın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. 

Onun sözlərinə görə, biznes subyektləri nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edirlər: “Bəzi hallarda dövriyyəni gizlədirlər. İşçilərlə əmək müqaviləsi bağlamadan onları əməyə cəlb edirlər. Saxta aksizli əmtəələrin satışını həyata keçirirlər. Xronometraj müşahidələri və məsafədən məlumat ötürmə qurğuları vasitəsilə iri supermarketlər tərəfindən dövriyyəsinin gizlədilməsi halları aşkarlanıb. Hətta bəzi hallarda 10 dəfələrlə dövriyyəsini gizlədən supermarketlər aşkarlanıb. 3 iri supermarketdən birində 15.4 dəfə, digərin 19,3 dəfə, bəzi hallarda isə hətta rekord sayda - 35-40 dəfə dövriyyənin gizlədilməsi halı aşkarlanıb”. 

Nazir müavini bildirib ki, iri supermarketlər əsasən kənd təsərrüfatı məhsullarının bahalaşması ilə əlaqədar vergilərinin azaldılmasını təklif edirlər: “Amma diqqət yetirsək, görərik ki, belə iri supermarketlərdə kənd təsərrüfatı məhsullarına çox kiçik bir yer ayrılır”. 

Sahib Ələkbərov belə vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görüldüyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyib: “Vergiləri tam ödəməyən və ya saxtakarlığa əl atanlara qarşı sərt tədbirlər görüləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275